Təqvim
Elmlər Akademiyasının vəzifəli qocaları: Bir çoxu yaşca AMEA-dan böyük imiş
31 avqust 2019 - 15:08

Gələn il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi qeyd olunacaq.

Maraqlıdır ki, Akademiyanın hazırkı prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor Akif Əlizadə rəhbəri olduğu qurumdan yaşca xeyli böyükdür. 1934-cü il təvəllüdlü Əlizadə, hazırda 85 yaşındadır.

AMEA-da bir çox mühüm vəzifə tutanların da yaşı ya 80-ə yaxındır, ya da 80-i çoxdan ötüb.

Qaynarinfo-nun araşdırmasına görə, onların arasında geologiya-mineralogiya üzrə elmlər doktoru və professor, AMEA-nın vitse-prezidenti və Neft-Qaz İnstitutunun direktoru İbrahim Quliyev də var. O, 1947-ci il təvəllüdlüdür və 72 yaşını bu ilin mayında tamamlayıb.

Digər vitse-prezident Tofiq Nağıyev isə kimya elmləri doktorudur. O, hazırda 78 yaşındadır. Nağıyev eyni zamanda Akademiyanın nəzdindəki “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktorudur.

AMEA-nın İdarə Heyəti üzvlərindən kimya elmləri doktoru Vaqif Fərzəliyev eyni zamanda akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru və Kimya Elmləri Bölməsinin akademik-katibidir. Onun bu il 80 yaşı tamam olub.

AMEA-nın müşavirlərindən biologiya elmləri doktoru, professor Urxan Ələkbərov 76 yaşındadır.

Biologiya elmləri doktoru olan digər müşavir Qərib Məmmədovun 72 yaşı var.

AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri Çingiz Qacar 1929-cu il təvəllüdlüdür və bu il 90 yaşını qeyd edir.

AMEA Fizika İnstitutunda baş elmi işçi olan Firidun Haşımzadənin 84 yaşı var.

Milli Elmlər Akademiyasının yaşlı vəzifə sahibləri arasında: Kimya elmləri bölməsinin 79 yaşlı akademik-katibi, şöbə müdiri və laboratoriya müdiri kimi vəzifələr də tutan Ağadadaş Əliyev, eyni bölmənin büro üzvü və Sintetik yağlar laboratoriyasının 95 yaşlı müdiri Məhərrəm Məmmədyarov, Tarix İnstitutunun direktoru, 80 yaşlı Yaqub Mahmudov, Akademiyanın İctimai elmlər bölməsinin elmi katibi, eyni zamanda Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri olan 91 yaşlı Teymur Bünyadov, İqtisadiyyat İnstitutunun 79 yaşlı şöbə müdiri Şahbaz Muradov və digərləri də var. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə