Təqvim
"20 YANVAR FACİƏSİ"ni xatırlayaq... (I hissə) Fotolar S.Rasimindir (AZpress.AZ)
15 yanvar 2019 - 13:48

Xalqımızın çoxəsrlik tarixində onun başına çox bəlalar gəlib, neçə-neçə müharibələr görüb, neçə-neçə yadelli işğalçı hücumları ilə qarşılaşıb. Lakin, heç zaman əyilməyib,sınmayıb. Vətən,Torpaq qeyrəti onu ayağa qaldırıb, azadlıq və istiqlal savaşlarında şücaət, mərdlik, qəhrəmanlıq göstərib. Babəklər, Cavanşirlər,Koroğlular, Nəbilər yetişib bu döyüşlərdə. Azərbaycan torpağı, odlar ölkəsi öz varlığını məhz igid, mərd övladlarına arxalanmaqla qoruyub saxlayıb, bizim günlərə gəlib çatıb, müstəqil, suveren dövlət kimi dünya birliyində layiqli yerini tutmağa müvəffəq olub.
1990-cı il 20 Yanvarda Azərbaycan torpağı göz yaşına bələndi, dünyanı göz yaşıyla islatdı. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalq hərəkatı özünün kuliminasiya nöqtəsinə çatdı və yüzlərlə qəhrəman oğul və qızlarımız bu yolda şəhid olaraq, gələcək nəsillərə İstiqlal bəxş etdilər.Onları meydanlara silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri azadlıq duyğusu, Vətən torpağının bütövlüyünün toxunulmazlığını qorumaq və təmin etmək arzusu idi. Onlar gecəyarı, xaincəsinə Bakı üzərinə yeridilən güclü hərbi qüvvəyə və zirehli texnikaya əliyalın müqavimət göstərəndə məmləkətinin müqəddəratını, düşünmüşlər. Dərk etmişlər ki, şəhidsiz Torpaq, itkisiz Qələbə, qansız İstiqlal olmur. Qurani-Kərimdə deyildiyi kimi, “Şəhidlərin yeri cənnətdir, onlara “öldü” demək qəbahətdr, şəhid üçün ağlamaz və üzülməzlər, çünki, onlar öz rəbbinin dərgahında diridirlər və əcrə yetişən sayılırlar”.
İllər ötəcək, zaman keçəcək, həyata yeni-yeni nəsillər gələcək. Lakin XX əsrin sonuna yaxın yaşadığımız illərdə düçar olduğumuz faciələrin ağrı-acısı və bu faciələrə mərdliklə sinə gərib hünər, mətanət göstərmiş, Vətən yolunda, Ana torpaq uğrunda özünü şəhid etmiş, öz doğma xalqına əsil sədaqət nümunəsi göstərmiş insanların qəhrəmanlığı heç zaman unudulmayacaqdır. Həmişə minnətdarlıq hissi ilə xatırlanacaqdır ki, 1990-cı ilin “Qara yanvar”ında həlak olanlar müqəddəs amal naminə, milli mənlik, milli varlıq naminə öz canlarını, qanlarını fəda etməkdən çəkinməmişlər.
Deyirlər ki, şəhidi olan xalq irəlini daha yaxşı görər. Qoy Azərbaycanımız ağlamasın, dərd çəkməsin. Çünki, onun qəhrəman övladları xalqın xoşbəxt gələcəyi naminə canlarından keçmişlər. Xalqın öz şəhidlərinə olan bu hədsiz ehtiram hətta beynəlxalq ictimaiyyətin də diqqətini çəkmiş və bizlərə təskinlik ola biləcək müsbət rəylər formalaşdırmışdır. Hətta bu canlı faciənin törədildiyi vaxtlar rus yazıçılarından biri belə bir ifadə işlətmişdir: “İnanmıram ki, dünyada öz milli qəhrəmanına azərbaycanlı kimi belə böyük məhəbbətlə ehtiram bəsləyən başqa bir xalq olsun”.
20 yanvar şəhidlərinə ən müqəddəs və əbədi abidə xalqımızın müstəqilliyi, azadlığıdır. Vətən övladlarının uğrunda həlak olduğu müstəqilliyi xalqımız göz bəbəyi kimi qoruyub saxlayamaqla, 20 Yanvar şəhidlərinin xatirəsini əbədi yaşadacaqdır. Dövlətimizin gücü, qüdrəti də bundadır. Buna arxayın olan uzaqgörən ümummilli liderimiz H.Əliyev cəsarətlə bütün dünyaya elan etmişdir: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır...” 
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə