Təqvim
“Xalq Bank”ın aktivləri artıb: nəyin hesabına?
23 oktyabr 2018 - 12:48

“Xalq Bank” bu ilin doqquz ayının yekununda 17 milyon 959 min manat xalis mənfəət qazanıb. Bu rəqəm ötən ilin eyni dövründəkindən 36,8% çoxdur.  

Faiz gəlirləri artıb 

“Bİ” bankın 2018-ci ilin üçüncü rübü üzrə mənfəət və zərər hesabatına əsasən xəbər verir ki, “Xalq Bank”ın faiz gəlirləri 82 milyon 146 min manat, faiz xərcləri 17 milyon 511 min manat olub. Bu  rəqəmlər kredit portfelinin artıq sağlamlaşmağa başladığını və kredit öhdəliklərinin yerinə yetirilmə aktivliyinin yüksəldiyini göstərir. 
Bankın qeyri-faiz gəlirləri 3 milyon 972 min manat, qeyri-faiz xərcləri 30 milyon 495 min manat təşkil edib. Nəticədə bankın əməliyyat mənfəəti 38 milyon 111 min manata çatıb. 

Daha az kredit verib

Artım tendensiyası təbii ki, aktivlərin həcmində də öz əksini tapıb. Bankın aktivləri illik müqayisədə 7,5% artaraq 1 milyard 941 milyon 13 min manat olub. Maraqlıdır ki, bu artım aktivlərdə mühüm çəkisi olan kredit portfelinin azalması fonunda baş verib.  
Hesabata görə, “Xalq Bank”ın müştərilərə verdiyi kredit həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% azalaraq 1 milyard 179 milyon 745 min manata düşüb. Həmçinin bankın nağd vəsaitləri illik müqayisədə 2,5 dəfə azalaraq 40 milyon 866 min manat təşkil edib . 
Əvəzində “Xalq Bank”ın Mərkəzi Bankda müxbir hesabda və “Nostro” hesablarında kəskin artım müşahidə olunur. Bu isə bankın vəsaitini aktiv şəkildə işlətmədiyini göstərir. 

Öhdəlikləri artıb

Etibarlı bank imicini qoruya bilmiş Xalq Bankın depozit portfeli artır. İllik müqayisədə  bu banka pulunu əmanət edənlərin sayı yüksəldiyindən depozitlər 7,5% artaraq 1 milyard 197 milyon 895 min manat olub. Bankın cəmi öhdəlikləri isə 1 milyard 668 milyon 252 min manat təşkil edib.

30 Sentyabr 2018-ci il tarixində “Xalq Bank” 268 milyon 796 min manat məcmu kapitala malik olub.


 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
KULİNARİYA
Haaqa Məhkəməsi İranın şikayətinə baxmadı 18:35, 31 mart 2023
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə