Səhmdar kapitalı ilə bağlı mühüm mərhələlərdən çıxa bilən Bank Respublika aktivlərini artıra bilib. BI xəbər verir ki, bank 2018-ci ilin üçüncü rübünü əməliyyat mənfəəti ilə yekunlaşdırıb. Qeyri-faiz gəlirləri azalıb Aktivləri artıb Bankın depozit portfeli 712 milyon 627 min manat olub. “Bank Respublika”nın cəmi öhdəlikləri illik müqayisədə 38,5% artaraq 920 milyon 702 min manat olub.
“Bank Respublika”nın 2018-ci ilin üçüncü rübündə faiz gəlirləri illik müqayisədə 26% artaraq 29 milyon 182 min manat, faiz xərcləri isə 28,6% azalaraq 12 milyon 643 min manat olub. Bankın qeyri faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalaraq 18 milyon 563 min manat, qeyri-faiz xərcləri isə 28 milyon 883 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 6 milyon 218 min manat olub, bunun 5 milyon 5 min manatı aktivlər üzrə zərərlərin ödənilməsi üçün ayırıb.
Zərərdən mənfəətə
BI xəbər verir ki, “Bank Respublika” 2018-ci ilin üçüncü rübünü 1 milyon 213 min xalis mənfəətlə başa vurub. Halbuki, bank 2017-ci ilin yanvar-sentyabr ayını 1 milyon 619 min manat zərərlə başa vurmuşdu.
Bankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 37% artaraq 976 milyon 15 min manat olub. Aktivlərin 299 milyon 542 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Bankın müxbir hesabları 50% artaraq 510 milyon 743 min manata çatıb. Qiymətli kağızlarda investisiyaları 23 milyon 128 min manat olub.
“Bank Respublika”nın 2018-ci ilin üçüncü rübündə cəmi kapitalı 55 milyon 313 min manat olub.
Bütün hüquqlar qorunur © 2024