Canveten.az xəbər verir ki, Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AzNar şirkətinin dəstəyi ilə Göyçayda XIV Nar festivalı keçirilib. Tədbir Göyçay şəhərinin mərkəzi küçələrindən birində təşkil olunub. Festivala dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri, xaici turistlərin də qatıldığı möhtəşəm tədbirdə minlərlə insan iştirak edib. Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Həmçini festival qonaqları yerli əhalinin ustalıqla hazırladıqları nar şirəsinin, nar şərabının, nardançanın, xüsusi bəslənmiş narların dadına baxmaq imkanı əldə ediblər. Habelə, festivalda narın satışı da təşkil edilib. Festival gələnlər ən keyfiyyətli narları festival çərçivəsində ucuz qiymətə almaq imkanı əldə ediblər. Göyçayda bayram bayrama qarışıb. Belə ki, Nar festivalı ilə yanaşı AzNar Qapalı Səhimdar Cəmiyyətinin yaranmasının 50 illik yubileyi də keçirilib. Şirkətin yubileyi münasibəti ilə daha bir zavod istifadəyə verilib və Nar hotelinin açılışı olub. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər. AzNar şirkəti eyni zamanda ən yaxşı foto, video və şeir müsabiqəsi, həmçinin nərd yarışı təşkil edib. Qaliblərə pul mükafatı verilib. Birinci yer 3000 manat, ikinci yer 1000 manat, yarışda finala çıxan, amma qalib gəlməyən hər kəsə üçüncü yerə laiq görülüblər və onlara 500 manat pul mükafatı verilib. Qeyd edək ki, qarşıdan gələn ildə də Nar festivalında nərd, şer, foto, video yarışları keçiriləcəkdir.
Bütün hüquqlar qorunur © 2024