Təqvim
Rumıniyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb (+FOTOLAR)
14 dekabr 2018 - 16:36

 

Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Rumıniyanın paytaxtı Buxarest şəhərində növbəti anım mərasimi baş tutub. Tədbirdən öncə Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, səfirliyin əməkdaşları, Rumıniya azərbaycanlıları birliyinin üzvləri Buxarestdəki Tey parkında Ümummilli Liderin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyub.
Daha sonra tədbir əvvəlcədən müəyyən edilmiş zalda davam etdirilib. Zalın foyesində tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar. Qonaqlara dahi dövlət xadimi haqqında ətraflı məlumat verilib, tədbir rəsmi hissə ilə davam edib. 
Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verərək, ölkəmizin yeni tarixinin bütöv bir hissəsinin müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Səfir qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Vurğulanıb ki, 1993-cü ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını parçalanmaqdan məhz Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində ölkəmiz fəlakətdən qurtulub. 
Səfir bildirib ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız heç zaman unutmur. 
H.Nəcəfov bildirib ki, 1993-cü ildə xalqın israrlı təkidi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində müsbət dəyişikliklər edilib. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək dahi Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq idealogiyasından, diaspor quruculuğuna verdiyi misilsiz töhfələrdən danışıb. 
Tədbirdə ümummilli lider Heydər Əliyevin yaxın dostu, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku çıxş edərək ulu öndərlə bağlı xatirələrini danışıb, iki ölkə arasındakı münasibətlərin inkişafında Heydər Əliyevin rolundan bəhs edib. E.Konstantinesku tarixi İpək Yolunun bərpasına dair 1998-ci ildə Bakı şəhərində keçirilən Beynəlxalq konfransı yada salaraq xatirələrini bölüşüb və hazırda da ulu öndərin strategiyasının uğurla davam etdirildiyini bildirib. Tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş olunub. 
Anım mərasimində Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupu rəhbərinin müavini Georgi-Dinu Sokotar, Rumıniya Parlamentinin digər üzvləri, Rumıniyada akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Buxarest Universitetinin professor-müəllim heyəti, tələbələr, “Socar Petroleum S.A.” şirkətinin əməkdaşları da iştirak edib.

Sosial şəbəkələrdə paylaş:
Haaqa Məhkəməsi İranın şikayətinə baxmadı 18:35, 31 mart 2023
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə