Təqvim
Bursada şəhid mayor Anar Novruzov adına park salınacaq
31 dekabr 2023 - 15:13

Ənənəvi həmrəyliyimizə sədaqətin nümunəsi

 

Bursa şəhərində fəaliyyət göstərən “Gələcəyin İnsanları və İmkanları Məkanı “Azərbaycan Deyincə” dərnəyinin (GİM AZDER) sədri, layihənin təşəbbüskarı Hüseyn Vəliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bizi sevindirci xəbərlə müjdələdi: Bursa vilayətinin Gürsu rayonunda şəhid mayor Anar Novruzov adına park salınacaq.
Həmyerlimiz bildirdi ki, Aprel və Tovuz döyüşləri qəhrəmanı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun adına parkın yaradılması üçün Bursa vilayəti Gürsu rayonunun Bələdiyyə Məclisi tərəfindən qərar imzalanıb. 
Məlumat üçün bildirək ki, bu vaxtacan GİM AZDER dərnəyinin təşəbbüsü ilə Osmanqazi bələdiyyəsi tərəfindən bir parka və Bursa Böyükşəhər bələdiyyəsi tərəfindən şəhərin mərkəzi prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun (Dəmirtaş bölgəsində) adı verilib. Həmçinin Bursa vilayətinin Karacabəy və Keles rayonlarında, müvafiq olaraq Azərbaycanın Milli Qəhrəmanları Şirin Mirzəyevin və Məzahir Rüstəmovun adına parklar salınıb.
Onu da əlavə edək ki, yaxın zamanlarda digər Milli Qəhrəmanlarımızın da adlarının əbədiləşdirilməsindən ötrü yeni layihə sənədlərinin imzalanması gözlənilir.
Biz də öz növbəmizdə iki qardaş ölkə ilə bağlı bu cür geniş layihələrin gerçəkləşməsini Türkiyə-Azərbaycan dostluq münasibətlərinin bariz nümunəsi kimi səciyyələndirir və alqışlayırıq. 
Şəhid Anar Novruzovun ailəsi adından bu nəcib işdə, qəhrəmanlarımızın qardaş Türkiyədə tanıdılmasından ötrü əlindən gələni əsirgəməyənlərə, xüsusilə Bursa şəhərində fəaliyyət göstərən “Gələcəyin İnsanları və İmkanları Məkanı “Azərbaycan Deyincə” dərnəyinin (GİM AZDER) sədri, layihənin təşəbbüskarı Hüseyn Vəliyevə, Bursa vilayəti Gürsu rayonunun bələdiyyə sədri Mustafa İşıka, Bələdiyyə Məclisi üzvlərinə, Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi (TÜGŞAV) Bursa şöbəsinin sədri, Kıbrıs qazisi Fikri Özderə və digərlərinə minnətdarlığımızı bildiririk.

 

Akif AĞAYEV
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
Lənkəran-Astara regionu üzrə Spartakiada keçirilir – MASALLIDA 18:39, 23 may 2024
HÜNƏR QALASI 22:41, 22 may 2024
“Azad, firavan yurdum” – Masallıda tədbir 16:49, 22 may 2024
Masallıda partiya veteranları ilə görüş keçirilib 17:45, 21 may 2024
Masallıda qanvermə aksiyası keçirilib 17:12, 21 may 2024
Monitorinqlərdə 5289 Masallı məktəblisi biliyini sınayıb 18:54, 19 may 2024
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə