Təqvim
Şeyx beynəlxalq tədbirdə erməni iftiralarından danışdı
06 fevral 2024 - 15:57

Şeyx beynəlxalq tədbirdə erməni iftiralarından danışdı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının Beynəlxalq İnsan Qardaşlığı günü ilə bağlı təşkil etdiyi virtual tədbirdə iştirak edib.
CAN VƏTƏN xəbər verir ki, video-konfransın əvvəlində BMT-nin Baş katibi Antonio Quterreşin tədbir iştirakçılarına təbriki səsləndirilib.
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miqel Angel Moratinosun sədrliyi ilə keçirilən tədbirə onlayn qoşulan Şeyxülislam həzrətləri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına yetirib, konfransın işinə xeyir-dua verib. Bugünkü virtual görüşün dünyada sülhə, dinlər və sivilizasiyalararası dialoqun inkişafına töhfə verəcəyinə inandığını bildirib.     
QMİ sədri 2019-cu il, fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin  Əbu-Dabi şəhərində Roma Papası Fransisklə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyib arasında imzalanan “İnsan Qardaşlığı, Dünyada Sülh və Birgəyaşayış” Sənədini tarixi hadisə kimi xarakterizə edib. Bildirib ki, bəşəriyyətə təhdid olan böhranların dərinləşməsi beynəlxalq hüququn prinsip və normalarına riayət olunmaması üzündən baş verir. Ümumbəşəri mənəvi prinsiplərin bərqərar olması naminə, ksenofobiya və nifrətə çağırış və digər təhdidlərin qarşısının alınması üçün tərəqqipərvər insanların həmrəyliyinə ciddi ehtiyac var. Bu gün demokratiya və söz azadlığı pərdəsi altında dini hisslərin, rəmz və müqəddəsliklərin təhqir olunmasının qarşısı alınmalı, bunun üçün zəruri addımlar atılmalıdır.  
Şeyxülislam Allahşükür Paşazadə son zamanlar erməni təbliğatının ruporuna çevrilmiş bəzi dairələrin, beynəlxalq təşkilatların ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasına toxunaraq Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlərin yalan, iftira olduğunu, heç bir fakta söykənmədiyini diqqətə çatdırıb. Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan böyük quruculuq işləri barədə danışıb, erməni vandalizminə məruz qalmış məscidlərlə yanaşı kilsə və sinaqoqların təmir-bərpa olunduğunu bildirib.    
Fevralın 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə toxunan Şeyxülislam həzrətləri bu tədbiri ölkəmizin tarixində mühüm hadisə kimi xarakterizə edərək vurğulayıb ki, seçkilər öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun dünya birliyi tərəfindən tanınan bütün ərazilərində keçiriləcək.       
Tədbirdə müxtəlif dövlətlərin BMT yanında daimi nümayəndələri, o cümlədən, Səudiyyə Ərəbistanı Krallığının təmsilçisi  Əbdüləziz əl-Vasil, Mərakeş Krallığının daimi nümayəndəsi Ömər Qadiri, Ərəb Dövlətləri Liqasının nümayəndəsi Əbdülməcid Əbdülfəttah, Misir Ərəb Respublikasının nümayəndəsi Osama Əbdülxaliq, Pakistan İslam Respublikasının təmsilçisi Osman Jadun, Vatikan Dövlətinin nunsisi arxiyepiskop Qabriel Cordano, İspaniyanın daimi nümayəndəsi Hektor Hernandes, Kabo-Verdi Respublikasının təmsilçisi Tanya Romialdo və başqaları çıxış edərək fikirlərini bildiriblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə