Təqvim
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə
28 iyun 2024 - 17:03

“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə

       

Masallı Rayon Statistika İdarəsinin təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Gender üzrə statistik göstəricilər” mövzusunda seminar-müşavirə keçirilib.
İyunun 28-də, statistika idarəsinin akt zalında keçirilən seminar-müşavirədə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, ərazilər üzrə icra nümayəndələri və tələbələr iştirak edib.
        Müşavirəni giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə iştirakçıları salamlayaraq rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədova tədbirin keçirilməsində göstərdiyi dəstəyiə görə minnətdarlığını bildirib. İdarə rəisi ümumi demoqrafik göstəricilərin müqayisəli təhlili, doğulanların qız və oğlan uşaqları üzrə bölgüsü, nikah və boşanmalar, əmək bazarının, təhsil, səhiyyə və hüquqpozmalar üzrə statistik göstəricilərin yaş və cins bölgüsü, oğlan uşaqlarının qız uşaqlarından daha çox doğulmasının səbəbləri, nikahların azalması, boşanmaların çoxalması, süni abortların əhali artımına təsiri imkanları mövzusunda elmi-statistik araşdırmanın nəticəsi ilə bağlı məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.
Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Aybəniz Novruzova müvafiq komissiyanın rayonda təşkilinin və fəaliyyətinin hüquqi əsasları, erkən nikahların qarşısının alınması istiqamətində rayon icra hakimiyyəti tərəfindən görülən tədbirlərin nəticələri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.  
        Seminar-müşavirədə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov qadınların sosial-iqtisadi sferada rolunun əhəmiyyətindən bəhs edib, gələcəkdə ölkədə gender bərabərliyinin təmin olunmasının önəmini vurğulayıb.
        Masallı 1 saylı Mediasiya Təşkilatının rəhbəri Xanhüseyn Səmədov mediasiya təşkilatının fəaliyyətindən, cəmiyyətdə onun əhəmiyyətindən danışaraq, gələcəkdə ailə münaqişələri və əmək münasibətləri zəmnində yaranacaq problemlər ilə əlaqədar təşkilata müraciət edə biləcəklərini iştirakçıların nəzərinə çatdırıb.
        “Viləş” körpələr evi-uşaq bağçasının direktoru Şəfa Allahverdiya gender bərabərliyinin təbliği, gender əsaslı zorakılığın  qarşısının alınması və qadınların əmək bazarında səlahiyyətlərinin artırılması mövzularında çıxış edib.
        Sonda “Gender üzrə statistik göstəricilər” mövzusunda geniş diskursiya aparılıb, iştirakçıların sualları cavablandırılıb. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə