Təqvim
Mərkəzi Bankın yardımı “AG Bank”ın vəziyyətinə necə təsir edib?
24 oktyabr 2018 - 15:08

Azərbaycanın bank sektorunda  zəif bəndlərdən birinə çevrilən “AG Bank”ın 2018-ci ilin üçüncü rübü üzrə hesabatında diqqət çəkən məqam ötən ilin eyni dövrü ilə müqayisədə aktivlərinin həcmindəki artımlardır. Ümumən isə bank yenə də böyük zərər içindədir.

Faiz gəlirləri azalıb

BI xəbər verir ki, mənfəət və zərər hesabatına əsasən, bankın faiz gəlirləri bir illik müqayisədə 23,1% azalaraq 13 milyon 700 min manat, faiz xərcləri isə 23,6% azalaraq 12 milyon 995 min manat olub. Bu da bankın qaytarılması mümkün olmayan kreditlərinin artmasından xəbər verir.
Bankın qeyri-faiz gəlirləri illik müqayisədə cuzi artaraq 23 milyon 463 min manat, qeyri-faiz xərcləri isə 27 milyon 327 min manat təşkil edib.

Əməliyyat zərəri artıb

“AG Bank”ın əməliyyat zərəri illik müqayisədə 6 dəfə artaraq 3 milyon 159 min manat olub.  Bank aktivlər üzrə mümkün zərələrin ödəmilməsi üçün ehtiyatını illik müqayisədə 2,6 dəfə artırıb və 2 milyon 801 min manata çatdırıb.
Nəticədə “AG Bank”ın zərəri illik müqayisədə 4 dəfəyə yaxın artaraq 6 milyon 122 min olub.

 

 

“AG Bank”ın cəmi aktivləri illik müqayisədə 2,2% artaraq 522 milyon 19 min manat olub. Bankın aktivlərində nağd vəsaitləri və “nostro hesabları”ı üzrə həcmlərdə cüzi artım olub. Bankın müştərilərinə verdiyi kreditin həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,6% artaraq 285 milyon 93 min manata çatıb.
30 İyun 2018-ci il tarixində Mərkəzi Bankın "AG Bank"a qarşı tələbləri 40 milyon manat təşkil etmişdi. 30 sentyabr 2018-ci il tarixində bu məbləğ 45 milyon manata çatıb.

 

 

 

30.06.2018

30.09.2018

Mərkəzi Bankın banka qarşı tələbləri, cəmi

40 milyon manat

45 milyon manat

a) auksion əsasında

 

 

b) overdraft

 

 

c) təminatlı kreditlər (lombard)

 

 

d) digər

40 milyon manat

45 milyon manat


Bankın cəmi öhdəlikləri 4,7% artaraq 480 milyon manat təşkil edib. Depozit portfelində isə illik müqayisədə 15,4% artaraq 246 milyon 791 min manat olub.

“AG Bank”ın cəmi kapitalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 20% azalaraq cəmi 42 milyon 17 min manat olub.

 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
KULİNARİYA
Haaqa Məhkəməsi İranın şikayətinə baxmadı 18:35, 31 mart 2023
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə