Təqvim
“Azərsu” tərəfindən Cəbrayıl rayonundan olan məcburi köçkünlərin içməli su təchizatının yaxşılaşdırılması layihəsi icra edilir (+FOTOLAR)
16 iyul 2019 - 23:24

Canveten.az xəbər verir ki,  Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramındaqaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məişət problemlərinin həlli, o cümlədən  içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı konkret tədbirlər nəzərdə tutulur.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihəsi icra edilir. 2019-cu ilin dövlət investisiya layihəsinə əsasən məcburi köçkünlərin yaşadığı 7-11-ci qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su mənbəyindən 400 mm diametrli polietilen borularla 15 km uzunluğunda magistral su kəməri çəkilir. Cari ilin may ayında icrasına başlanılmış layihə üzrə işlərin artıq 90 faizindən çoxu yekunlaşıb. Magistral kəmərin inşası iyul ayında başa çatdırılacaq və mövcud şəbəkəyə birləşmələr veriləcək. 

Yeni kəmərin  istismara verilməsi ilə qəzalı vəziyyətdə olan köhnə polad magistral xətt ləğv olunacaq. Ümumilikdə yeni layihənin icrasından 5 qəsəbədə yaşayan 7 minməcburi köçkün faydalanacaq.

Qeyd edək ki, 4500-dək ailənin yaşadığı və 11 qəsəbədən ibarət Cəbrayıl məcburi köçkün şəhərciyində içməli su layihəsi mərhələlərlə həyata keçirilir. 2011-ci ildə icra olunmuş layihə 6 qəsəbəni əhatə edib. Layihə çərçivəsində məcburi köçkünləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə subartezian quyuları qazılıb. Quyu zonasında tutumu 4000 kubmetr olan 2 su anbarıtikilib. Layihə çərçivəsində 12 km magistral, 89 km uzunluğunda qəsəbədaxili su xətləri çəkilib, 2600-dən çox evə birləşmə verilib. Dayanıqlı su təchizatının aparılması üçün 6 qəsəbənin hər birində tutumu 100 kubmetr olan su anbarı, nasosxana inşa edilib, 18 ədəd nasos və 6 ədəd 63 KVT-lıq transformator quraşdırılıb. Növbəti mərhələdə 11 qəsəbədə bütün evlər sayğacla təmin olunub.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar, BANK
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə