Təqvim
Tezliklə Azərbaycanda ilk “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu keçiriləcəkdir (+FOTO)
07 may 2019 - 14:55

Canveten.az xəbər verir ki, məlumat üçün bildiririk ki, yaxın günlərdə Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirəcək “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu keçiriləcəkdir. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gənclərin Töhfəsi” İctimai Birliyi təşkilatçılığı ilə “Sağlam Gələcək, Sağlam Gənclik!” adlı layihə çərçivəsində həyata keçiriləcəkdir.

Birliyin sədri Asim Vəliyevin bildirir ki, bu forumun keçirilməsində məqsədimiz insanların, xüsusən də yeniyetmə və gənclərin zərərli vərdişləri və onların qeyri sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdir. Forumda aidiyyatı üzrə qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçiriləcəkdir.

Birliyin icraçı direktoru Məhsəti Hüseynova forum barədə daha geniş məlumat verərək bildirir ki, forum çərçivəsində təqdim olunacaq yeni yaradılmış www.saglamqida.az saytında da davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin sağlamlığa vurduğu ziyanlar və ondan xilas olmağın yolları, asudə vaxtlarının səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətləri, hesabatlar, görüntülü maarifləndirici videolar yerləşdiriləcəkdir. Eyni zamanda “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu çərçivəsində təqdim olunacaq yeni “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab insanların, xüsusilə də gənclərin həyatında sağlam həyat tərzinin formalaşdırılmasında, qida və qida təhlükəsizliyi haqqında, qatqı maddələri, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmənin üsulları və Müasir dövrümüzün genetik silahı hesab olunan Geni dəyişdirilmiş orqanizmlər – GDO  barədə geniş maarifləndirici məlumatlar əldə etməkdə yardımçı olacaq.

Forum keçiriləcək məkan və vaxt yaxın günlərdə mətbuata açıqlanacaqdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Haaqa Məhkəməsi İranın şikayətinə baxmadı 18:35, 31 mart 2023
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə