Təqvim
İşğal altındaı yurd yerlərimiz: Laçın rayonu Minkənd kəndi... Faiq İsmayılov (+FOTOLAR)
24 yanvar 2019 - 20:13

Həkəri çayının Minkənd qolunun sağ sahilində, dəniz səviyyəsindən 1720-1800 metr yüksəklikdə yerləşən Minkənd kəndini Qarakeşdi kəndindən üç kilometr məsafə ayırır. 1992-ci il Ermənistanın Laçın torpqlarını işğalından sonra ermənilər Minkənd kəndinin adını dəyişərək Xak adlandırmağa başladılar. Minkənd Laçın rayonunun ən böyük və tarixi baxımdan ən zəngin kəndlərindən biri sayılır. Kəndin əhalisinin etnik tərkibi azərbaycanlılardan və müsəlman kürdlədən ibarətdir. Kənd əhalisinin böyük əksəriyyəti 1905, 1918, 1940-cı illərdə Qərbi Azərbaycanın Qarakilisə bölgəsindən eləcədə, Gorus rayonun Bayundur, Xənəzək, Xoznavar kəndlərindən ermənilər tərəfindən qovulan müsəlmanlar olmuşdur.
 

Məhz bu cür milli-irqi ayrıseçkiliyə yol verdiklərinə görə ermənilərə qarşı həmişə nifrət hissi bəsləyən Minkənd əhalisinə qarşı ermənilər də ədavət və kin bəsləyirdilər. Millətçi ermənilər keçən əsrin əvvəllərində tez-tez Minkənd kəndinə gecə hücumları təşkil edir əhalinin mal-qarasını və əmlakını talayıb aparırdılar. Belə münaqişələrin də nəticəsində tez-tez kənd əhalisi arasında ölüm halları baş verirdi. Minkənd kəndində ən böyük təlafat 22 avqust 1905-ci ildə baş vermişdi. Beləki ermənilər qəflətən kəndə hücum edərək mülki əhali arasında kütləvi şəkildə qırğın törətmiş hətta kəndi işğal etmişdilər. Bu, kəndin tarixində törədilmiş ən böyük qırğın idi, bu qırğın zamanı yüzdən çox uşaq, qadın, qoca, cavan öldürülmüş onlarla insan yaralanmışdı. Sözsüz ki bu işğal faktı ilə Laçınlı bəylər razılaşa bilməzdilər.

Bu barədə Mir Möhsün Nəvvab «1905-1906-cı illərdə erməni-müsəlman davası» adlı əsərində laçınlı Paşa bəyin Minkənd kəndini müdafiə etdiyi barədə yazırdı: «Piçənis müsəlman kəndindən və başqa müsəlman kəndlərindən 300 nəfərə qədər igidlər və qeyrətli cavanlar toplaşaraq Paşa bəy Murad bəy oğlunun sərkərdəliyi ilə atlanıb, Minkəndin üzərinə yeridilər. 160 evdən ibarət olan bu kənd ermənilər tərəfindən işğal edilmişdi. Paşa bəyin dəstəsi ermənilərin bir qismini öldürdülər və yaraladılar, bir qismini isə Xoznavar kəndi istiqamətində qovmağa başladılar. Paşa bəyin dəstəsi erməniləri təqib edərək onlar 200 evdən ibarət olan Xoznavar kəndinə hücum etdilər. Paşa bəyin dəstəsi bu kəndə də ermənilərə böyük zərbə vuraraq düşmənləri məğlub etməyə nail oldular. Bu məğlubiyyətlə barışa bilməyən ermənilər Xənəzək kəndinə gələrək kəndin ağası Məmməd ağa Ataxan oğlunun mülkünü dağıdaraq çobanlarını öldürmüş, mal-qarasını qarət edərək aparmışdılar. Bunun səhərisi günü Paşabəyin dəstəsi Xənəzək kəndinə hücum edərək erməni silahlılarını oradan qovmağa nail oldular».

Minkənd kəndində əhalinin yaşayış evləri bütünlüklə qaradamlardan ibarət olmuşdu. Bu kənddə XVIII-XIX əsrlərdə ikimərtəbəli balkonlu evlər meydana gəlməyə başladı, daha sonralar demək olar ki, müasir yaşayış evləri kənddə əksəriyyət təşkil edirdi. Kənd əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı, heyvandarlıq bəzən də ticarət idi. Yay vaxtı bölgənin həftəbazarı Minkənd kəndində təşkil edilirdi. Bazara alış-verişə yaylaqlardan çobanlar özlərinin heyvandarlıq məhsulları (yun, pendir, ət və s.) ilə və yaxın kənlərin əhalisi isə özlərinin istehsal etdikləri bağ, bostan və tərəvəz məhsulları ilə gəlirdilər. Burada onlar ya mal mübadiləsi edir ya da nəğd pula alver edirdilər. Tarixi baxımdan Minkənd ərazisi istər arxeoloji, istərsədə memarlıq abidələri ilə çox zəngin olmuşdur. Minkəndin çoxsaylı tarix və memarlıq abidələri, Azərbaycanın çox qədim dövrlərindən xəbər verir. 

Bu abidələrin içərisində dövrümüzə qədər salamat gəlib çıxan, hal-hazırda da yaxşı vəziyyətdə olan Qafqaz Albaniyası dövrünə aid olan divarı üzərində tikinti iarixi 1675-ci il yazılmış, üç nefli monastr tipli bazillikadır. Bu abidənin uzunluğu 22,58 metr eni isə 12,60metrdir. Abidənin tikintisində tünd yaşıla çalan yonulmuş daşlardan və əhəngdən istifadə edilmişdir. 

2000-ci ildə Abidənin yeganə çıxışının açıq fasadının və daxildə üçüncü tağın sağ küncündə divara ermənilər tərəfindən saxta yazı yerləşdirilmişdir. 

2009-cu ildə Ermənistan Hökumətinin qərarı ilə bu abidənin divar rəsmlərinin və divar yazılarının bir çoxunu divarlardan silinmiş, bir çoxunu dəyişdirilmiş, abidənin üzərindəki zəng qülləsini sökərək dəmir örtüklə əvəzləmişdilər. Binanın içərisində erməni-qriqoriyan dini xaçlarından ibarət dekorasiyalar düzəldərək bu abidəyə erməni qriqoryan kilsəsi statusu verildiyini elan etdilər.

17 sentyabr 2009-cu il tarixdə Ermənistan hökumətinin göstərişi ilə bu «kilsənin» rəsmi açılışı keçirilmişdir. Açılışda Dağlıq Qarabağ seperatçı rəhbərlərindən sayılan Bako Saakyan, Aşot Qulyan, Ermənistan kilsəsinin Arxiyepiskopu Baqev Martirosyan, bu abidənin təmirini həyata keçirən, Ermənistanın Tufenikian fondunun direktoru Mara Matosian iştirak etdilər. 

Kənd ərazisindəki yer adları: Gavur qayası, Ballı qaya Biçənəklər, Həsənin dərəsi, Yası güney, Əmirin kahası, Qarasuyum düzü, Əyri qaya, Sadığın qalaçası, Alaların gomu, Çalalar, Ağamalılar, İldırım yurdu, Cənnətin dərəsi, Təpə boynu, Fərməş təpə, Əriməz, Bürün dərəsi, Çatmır dərəsi, Quru dərə, Çirişli qaya, Hacıkərimoğlunun düzü, Səngər, Nəbi kahası, Çadır daşı, Sağalanlı dərəsi, Böyük göl, Sarının yurdu, Çömçə bulağı, Ağbulağın güneyi, İşyən qaya, Turşsu dərəsi, Abadxeyir dərəsi, Quşduqaya, Yoncalı yal, Güllü bağça, Mərkin başı, SÜrməli yer, Dib yurd, , Pəri çınqılı.

Kənd ərazisindəki bulaqların adları: İsti-su, Qəmbər bulağı, Mərcan bulaq, Sağrı bulaq, Qırxbulaq , Çiçək bulagı, Beş bulaq , Ag bulaq, Aşagı bulaq, Mehdi bulagı, Ulaqlar bulagı, Mərcan bulagı, Quyu bulagı, Şır-şır bulaq, Soyuq bulaq, Qızbəsqacan bulaq, Fərməştəpə bulagı, Eyvazlılar bulagı, Daş bulaq, Qurdlu bulaq, Qulalı bulaq, Əli bulagı, Kaha bulagı, Qədoqayıran bulaq. 

Kənd ərazisindəki abidələr: İsti-su ərazisində I – II minilliyə aid yaşayış məskəni, Bağçalar ərazisində Siklop memaarlığına aid yaşayış yeri ( e.ə I minillik), kəndin mərkəzində Monastr, Minkənd kəndin cənub hissəsində Minkənd çayının sahilində orta əsrlərə aid su dəyirmanı, su dəyirmanının ətrafında isə ov səhnəsi təsvir edilən bir neçə sucet xarakterli oymalar, Seyid Fərman baba türbəsi 1966-cı il, Abadxeyir dərəsində qədim qəbristanlıq, sənduqələr, qəbirüstü abidələr, at – qoç fiqurları və çoxlu sayda kurqanlar vardır. Minkənd kəndini Abadxeyir dərəsi ərazisinə birləşdirən Orta əsrlərə aid Badamın körpüsü, Hacıvəllinin körpüsü və XVIII-əsrə aid ikitağlı körpü var. Körpünün uzunluğu 16 metr eni isə 2,85 metrdir.

 

Faiq İSMAYILOV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə