Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində Beynəlxalq Könüllülər Gününə həsr olunmuş əyləncəli tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva nümayəndəlikdə fəaliyyət göstərən gənc könüllüləri təbrik edib, aktiv fəaliyyətlərinə görə təşəkkürünü bildirib, könüllülük fəaliyyətinin gənclərin gələcək karyeraları üçün faydasından söz açıb. Könüllülüyün prinsipləri, dəyərləri haqqında danışan nümayəndəliyin tədbirlər və layihələr üzrə mütəxəssisi Məlik Nuriyev gənclərə uğurlar arzulayıb. Nümayəndəliyin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Orxan Əliyev GİKM-in fəaliyyətində könüllülərin rolundan bəhs edib, gəncləri təbrik edib. Tədbirdə könüllülər üçün çay süfrəsi açılıb, müxtəlif əlyəncəli oyunlar keçirilib. Akif AĞAYEV.
Bütün hüquqlar qorunur © 2023