Təqvim
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb
12 fevral 2025 - 10:50

“Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 


"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində  peşəkar psixoloqları tərəfindən seçilmiş gənclərə psixi sağlamlıq və cəmiyyətdə psixo-sosial adaptasiya bacarıqlarını inkişaf etdirmək məqsədilə 7 seansdan ibarət psixoloji reabilitasiya xidməti və müxtəlif mövzularda təlimlər təşkil olundu. Bu layihədən ümumilikdə 200 nəfərə yaxın gənc faydalanıb.
Eyni zamanda, şagirdlərlə qrup terapiyaları təşkil edilmişdir. Bu terapiyaların məqsədi şagirdlərdə aşağıdakı keyfiyyətlərin formalaşdırılmasına xidmət edir:
Mövzular,
* Özünə inamın artırılması;
•Sağlam həyat tərzi vərdişlərinin qazandırılması;
* Cəmiyyətə adaptasiya bacarıqlarının inkişafı;
* Diqqət və konsentrasiyanın artırılması;
* İş nizamı və motivasiyanın yüksəldilməsi;
* Məğlubiyyətlə barışmağı öyrənmək və sağlam rəqabət anlayışını formalaşdırmaqdan ibarətdir.
Layihə cərcivəsində  internat məktəbindən məzun olmuş 30 nəfər  gəncin iştirakı ilə Lənkaran şəhərində qış düşərgəsi  təşkil olundu. 
Proqramdan əlavə olaraq, gənclərimizə, Lənkəran şəhər Tarix-Diyarşunaslıq muzeyi, iki dəfə Sovet İttifaqı qəhrəmanı general mayor  Həzi Aslanovun Ev muzeyinə və Lənkəranın İstisu qəsəbəsində  yerləşən Nilado Green çay plantasiyası ilə tanış olmuş, yerli çayın əkilməsi, becərilməsi, istehsalı və satışı prosesləri barədə ətraflı məlumat əldə etmişlər. Bu da onların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına müsbət təsir göstərəcək.   Layihə   ərzində əldə olunmuş ən böyük nəaliyyət internat məzunu olan gənclərin şəbəkələşməsi, bir-birləri ilə yaxından tanış olmaları, komanda ruhunun formalaşması, dilbər güşələrimizlə yaxından tanış olub, tarixi və milli adət-ənənələri öyrənməsi oldu. Layihənin məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onlarda komanda ruhu formalaşdırmaq idi və qarşıya qoyulan hədəfə çatdıq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ORDU QURUCULUĞU
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə