12 fevral 2025 - 10:50
“Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb
"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində peşəkar psixoloqları tərəfindən seçilmiş gənclərə psixi sağlamlıq və cəmiyyətdə psixo-sosial adaptasiya bacarıqlarını inkişaf etdirmək məqsədilə 7 seansdan ibarət psixoloji reabilitasiya xidməti və müxtəlif mövzularda təlimlər təşkil olundu. Bu layihədən ümumilikdə 200 nəfərə yaxın gənc faydalanıb.
Eyni zamanda, şagirdlərlə qrup terapiyaları təşkil edilmişdir. Bu terapiyaların məqsədi şagirdlərdə aşağıdakı keyfiyyətlərin formalaşdırılmasına xidmət edir:
Mövzular,
* Özünə inamın artırılması;
•Sağlam həyat tərzi vərdişlərinin qazandırılması;
* Cəmiyyətə adaptasiya bacarıqlarının inkişafı;
* Diqqət və konsentrasiyanın artırılması;
* İş nizamı və motivasiyanın yüksəldilməsi;
* Məğlubiyyətlə barışmağı öyrənmək və sağlam rəqabət anlayışını formalaşdırmaqdan ibarətdir.
Layihə cərcivəsində internat məktəbindən məzun olmuş 30 nəfər gəncin iştirakı ilə Lənkaran şəhərində qış düşərgəsi təşkil olundu.
Proqramdan əlavə olaraq, gənclərimizə, Lənkəran şəhər Tarix-Diyarşunaslıq muzeyi, iki dəfə Sovet İttifaqı qəhrəmanı general mayor Həzi Aslanovun Ev muzeyinə və Lənkəranın İstisu qəsəbəsində yerləşən Nilado Green çay plantasiyası ilə tanış olmuş, yerli çayın əkilməsi, becərilməsi, istehsalı və satışı prosesləri barədə ətraflı məlumat əldə etmişlər. Bu da onların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına müsbət təsir göstərəcək. Layihə ərzində əldə olunmuş ən böyük nəaliyyət internat məzunu olan gənclərin şəbəkələşməsi, bir-birləri ilə yaxından tanış olmaları, komanda ruhunun formalaşması, dilbər güşələrimizlə yaxından tanış olub, tarixi və milli adət-ənənələri öyrənməsi oldu. Layihənin məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onlarda komanda ruhu formalaşdırmaq idi və qarşıya qoyulan hədəfə çatdıq.