Təqvim
ASB Bankın aktivləri artıb. Nəyin hesabına?
17 oktyabr 2018 - 14:25

Bİ.az bankın mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, bank verdiyi  kreditlər üzrə 18milyon 502 min manat faiz gəlirləri əldə edib. Bankın depozit də daxil olmaqla faiz xərcləri 9 milyon 947 min manat təşkil edib. Göründüyü kimi, faizlər üzrə gəlirləri xərclərini təxminən 2 dəfə üstələyir. 
Qeyri-faiz gəlirləri 4 milyon 944 min manat, qeyri-faiz xərcləri isə 8 milyon 419 min manat olub. Təbii ki, qeyri-faiz xərclərində personalın saxlanması və digər mühüm xərclər öz əksini tapır. 
ASB Bank gəlirlərindən 762 min manatını xüsusi ehtiyatlara ayırıb. 


Bank qazandığı pulun 1 milyon 136 min manatını mənfəət vergisi şəklində büdcəyə ödəyib. 


Nəticədə Azərbaycan Sənayə Bankı 2018-ci ilin üçüncü rübünü 4 milyon 705 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 2% artım deməkdir.

Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 1 milyard  7 milyon 197 min manata yüksəlib.  
Aktivlərdə əsas maddə kreditlər sayılsa da bu artım kredit portfeli ilə bağlı deyil. Çünki bankın müştərilərə verdiyi kreditin həcmi bir illik müqayisədə 5,4% azalaraq 286 milyon 997 min manata düşüb.  


Artımın əsas səbəbi odur ki, ASB Mərkəzi Bankdakı müxbir hesabına qismən azaldaraq, başqa banklardakı nastro hesablarının həcmini 18 milyon manatdan 40 milyon manatadək yüksəldib. Üstəlik, nağd vəsaitlərin həcmində də artım var və hazırki rəqəm 12 milyon 379 min manatadək artıb. 

Bankın depozit portfeli 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12% artaraq 684 milyon 63 min manat olub. Bankın öhdəlikləri 911 min 967 manat olub.

Azərbaycan Sənayə Bankı”nın 2018-ci ilin 30 sentyabr tarixinə nizamnamə kapitalı 60 milyon manat, cəmi kapitalı 95 milyon 229 min manat olub.
 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
KULİNARİYA
Haaqa Məhkəməsi İranın şikayətinə baxmadı 18:35, 31 mart 2023
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə