Təqvim
“PAŞA Bank”ın xalis mənfəəti kəskin artıb
31 oktyabr 2018 - 11:30

“PAŞA Bank” ASC 2018-ci ilin üçüncü rübünü 50 milyon 429 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətdə 73,5% çoxdur.

 

Faiz gəlirləri artıb

"BI" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “PAŞA Bank”ın cəmi gəlirləri 146 milyon 615 min manat, o cümlədən faiz gəlirləri 124 milyon 263 min  manat, qeyri-faiz gəlirləri 22 milyon 352 min manat təşkil edib.

2017-ci ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 161 milyon 91 min manat, o cümlədən faiz gəlirləri 122 milyon 559 min manat, qeyri-faiz gəlirləri 38 milyon 532 min manat təşkil etmişdi. Qeyri-faiz gəlirlərinin azalması xarici valyuta ilə əməliyyatlardan gəlirlərin 27 milyon 978 min manatdan 11 milyon 483 min manata düşməsidir. Manatın məzənnəsi sabitləşdiyindən spredlər də azalıb və bu azalma bankların gəlirlərinə mənfi təsitr göstərib.

Əməliyyat mənfəəti artıb

“PAŞA Bank” cari ilin 9 ayında 146 milyon 615 min manat gəlirə qarşı 94 milyon 887 min manat xərcləyib.  Bank cari ilin 51 milyon 728 min manat əməliyyat mənfəətindən 1 milyon 299 min manat mənfəət vergisi ödəyib.

2017-ci ilin 9 ayında "PAŞA Bank" 161 milyon 91 min manat gəlirə qarşı 128 milyon 358 manat xərcləmiş, 32 milyon 732 min manat əməliyyat mənfəətindən 3 milyon 662 min manat mənfəət vergisi ödəmişdi. ÖTən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında xərclərin azalması ehtiyatlara ayırmanın və faiz xərclərinin aşağı düşməsi ilə bağlıdır. 


Aktivləri 4 milyard manatdan çoxdur

30 Sentyabr 2018-ci il tarixində PAŞA Bank 4 milyard 332 milyon 10 min  manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 144 milyon manatını kreditlər təşkil edir və bu i təxminən 27% artım deməkdir. 1 milyard 131 milyon manatı isə qiymətli kağızlarda saxlanılır. Kənd təsərrüfatı kredit təşkilatlarından alınacaq məbləğ isə 1 milyard 3 milyon manat təşkil edir. Aktivlərin yalnız 805 milyon 679 min manatı nağd şəkildə saxlanılır. 

 

 


 

Kredit portfelində problem faizi

Müştərilərə verilən kreditlər ötən ilin Sentyabr ayının sonundakı 903 milyon 571 milyon manatdan 30 Sentyabr 2018-ci il tarixində 1 milyard 144 milyon 269 milyon manata yüksəlib.  Müştərilərə verilmiş kreditlərin 111 milyon 970 min manatının və ya 9,2%-nin ödəmə vaxtı keçib. Bunların 4,9 faizi isə ümidsiz kreditlərdir. Bank kreditlər üzrə ehtiyata 76 milyon 227 min manat ayırıb.

 

30 Sentyabr 2018-ci il tarixində "PAŞA Bank" 269 milyon 281 min manat məcmu kapitala malik olub.

 

 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
ƏDƏBİYYAT, KULİNARİYA
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə