Təqvim
"OXUYUR RƏŞİD BƏDİROV!" - Rəhman Orxan yazır..
03 iyul 2019 - 12:41

Sumqayıt - 70

 

"OXUYUR RƏŞİD BƏDİROV!"

 

Vaxtilə Sumqayıtın mədəniyyət saraylarında, Mehdi Hüseynzadə adına şəhər stadionunda tədbir aparıcıları bu elanı verər-verməz, gur alqış sədaları qopardı...

Adı, soyadı Rəşid Behbudovla səsləşən unudulmaz müğənni-xanəndə Rəşid Bədirov Sumqayıtın ilk professional, çox sevilən müğənnisi, şəhərdə keçirilən bütün mədəni-kütləvi tədbirlərin yaraşığı idi! Elə rəsmi şəhər tədbiri olmazdı ki, Rəşid Bədirov ora dəvət edilməsin. Onu bütün şəhər camaatı çox yaxşı tanıyır, pərəstişkarları gözəl səsinin vurğunu idilər. Həqiqətən çox gözəl, yapışıqlı səsi vardı, muğam üstündə "boğaz qaynatmaları" (titrətmələri) təkrarsız olardı. Korifey sənətkarımız Əlibaba Məmmədovdan dərs almışdı. O, Rəşidi, onun oxuma tərzini, səsini çox sevirdi. Əgər saxlanılırsa, Dövlət Xalq çalğı alətləri ansamblının müşayiəti ilə yazılmış bir-neçə mahnısı respublikanın "qızıl fond"unda olmalıdır. 
Unudulmaz şairimiz Vaqif İbrahim vaxtilə Sumqayıt radio verilişləri redaksiyasında işləyərkən hər həftə Rəşid Bədirovun 30 dəqiqəlik, bəzən də bir saatlıq muğam konsertini verərdi. Onu tarda Sumqayıtın gözəl sənətkarı Ramiz Qarayev, kamançada Zabit müəllim müşayiət edərdi. O zaman Sumqayıtın hər evində radioqəbuledici olduğundan hamı Rəşidə böyük maraqla qulaq asardı. Onu böyük məhəbbətlə toylara dəvət edərdilər. 
O zaman mən tələbə idim və "Şüşə bazar"ın qarşısındakı 12 №-li yataqxanada, o isə bizim lap yaxınlığımızdakı binada bir otaqlı mənzildə qalırdı. Olduqca səmimi, mehriban adam idi. Hərdən Vaqif İbrahimlə qoşalaşıb, hərdən də tək yataqxanamıza, mənim yanıma gələrdi. Musiqidən, poeziyadan söhbət edərdik. 
Bir gün tələbə dostlarımdan biri (gərək ki Səbuhi) mənə dedi ki, Rəhman, keçən həftə toy idi, Rəşid Bədirov sənin bayatılarını mahnı üstündə oxudu. Düzü, o vaxtlar mənim bir-neçə şeirim və bayatım xoşuna gəldiyinə görə Rəşid müəllim onları məndən istəmişdi, ancaq onları oxuyacağı barədə mənə heç nə deməmişdi. Sonra Rəşid müəllimlə görüşəndə gülə-gülə dedi ki, bəs onları səndən nə üçün almışdım? Təşəkkür elədim. Dedi ki, bayatıların sözləri toyda çox maraqla qarşılandı, ona görə də repertuarıma daxil etmişəm. 
Rəşid Bədirov həyat eşqli, dostcanlı, çox səmimi bir adam idi. Çox heyf ki, hansısa bədxahların ucbatından həyatdan vaxtsız getdi... Günlərin birində oğlu Rəşad onu Sumqayıtdan Bakıya yola saldlı, o biri oğlu isə onu Bakıda qarşılamalı idi. Necə olmuşdusa, nə baş vermişdisə, Rəşid dostumuz Bakıya çatmamış, naməlum şəkildə yoxa çıxmışdı. Deyilənə görə bu işdə onun paxıllığını edən tələbələrindən birinin əli olub. Ancaq son olaraq ortaya dəqiq bir məlumat çıxmadı...
Heyf Rəşid Bədirov kimi gözəl sənətkardan. Yaşasaydı, artıq çoxdan Xalq artisti idi. O, əslən gözəl Göyçayımızdan, 1949-cu ildən - Sumqayıtımızın yaşıdı idi. Böyük şairimiz, poeziyasını çox sevdiyi həmyerlisi Əli Kərimin "Qaytar ana borcunu!" şeirini oxuyanda həmişə kövrələr, çox əziyyətlər çəkmiş anasını göz önünə gətirərək, göz yaşlarını saxlaya bilməzdi - çox kövrək qəlbli idi. Heyf ondan - gözəl sənətkar Rəşid Bədirovdan. Allah rəhmət eləsin! Yəqin o vaxtdan bu yana ruhu canından artıq sevdiyi ailəsinin, övladlarının yaşadığı Sumqayıtın başı üzərində dolanır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə