Təqvim
BDU və SOCAR Capital birgə konfrans keçirib (+FOTOLAR)
19 aprel 2019 - 03:42

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib.  BDU və SOCAR Capitalın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rektor Elçin Babayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli layihələrdən danışıb, qurumun həm də elmi-tədqiqat işləri ilə məşğul olan şirkət kimi çoxşaxəli işlər gördüyünü bildirib. Qeyd edib ki, ölkəmizin günü-gündən qüdrətlənməsi, innovativ inkişaf xətti, yaradılmış münbit şərait üçün Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Rektor innovasiyalar, startaplar və elmi nəticələrin kommersiyalaşdırılmasından danışıb, qısa müddət ərzində regionda həm də elm, təhsil sahəsində liderə çevrilməklə bağlı fikirlərini bölüşüb.

BDU-nun SOCAR-la əlaqələrini, bu günlərdə universitetdə keçirilən əmək yarmarkasında şirkətin müxtəlif qurumlarının aktiv iştirakını vurğulayan rektor, konfransın işinə uğurlar arzulayıb və tələbələr üçün faydalı olacağını bildirib.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutan SOCAR-ın beynəlxalq səviyyəli şirkətə çevrilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Gənclərin əksəriyyətinin SOCAR-da işləmək istəyindən danışaraq öz ixtisasına yüksək səviyyədə yiyələnmiş, ali təhsilli gənclərə hər zaman ehtiyac olduğunu vurğulayıb. O, SOCAR-ın tələbələr üçün həyata keçirdiyi xarici və daxili təqaüd proqramı haqqında məlumat verib, bu layihələrin qalibi olmuş məzunların qurumun idarə və müəssisələrində müsabiqədənkənar işlə təmin olunduğunu vurğulayıb. Bugünkü tədbirdə iştirak edən tələbələrin SOCAR-ın yaratdığı imkanlardan yararlanacağını deyən Xalik Məmmədov təhsillərini başa vurduqdan sonra onların çoxminli SOCAR ailəsinin üzvünə çevriləcəyinə əmin olduğunu bildirib.

SOCAR-ın Maliyyə Bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu “İqtisadiyyat 2.0” mövzulu təqdimat edib. O, təqdimatının birinci hissəsində SOCAR istiqrazlarının buraxılışı zamanı maliyyə bazarlarında həyata keçirilən mütərəqqi addımlar, istiqrazların xüsusiyyətləri, təkrar bazar əməliyyatları, korporativ istiqraz bazarındakı payı və Azərbaycan iqtisadiyyatına töhfələri barədə məlumat verib. Təqdimatının ikinci hissəsində qlobal iqtisadi proseslər, dünya iqtisadiyyatındakı mövcud və gələcək tendensiyalar, qloballaşma prosesinin trayektoriyası, gələcəkdə üstünlük veriləcək fəaliyyət sahələri, ümumilikdə, 10 il sonrasının proqnozlaşdırılan iqtisadi mənzərəsi barədə auditoriyanı məlumatlandırıb.

Tələbələrlə interaktiv ünsiyyət şəraitində baş tutan təqdimatda beynəlxalq miqyasda qəbul olunan və güclü meyil göstərilən biznes trendlərinin mahiyyəti, rəqabətədavamlı professional kadrlara tələbatın hər il daha da artması və gələcəyin biznes-məşğulluq mühitinin elmi inkişafın nəticəsindən asılı olaraq formalaşacağı diqqətə çatdırılıb.

Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən beş tələbəyə SOCAR-ın sertifikatları və hədiyyələr təqdim edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Haaqa Məhkəməsi İranın şikayətinə baxmadı 18:35, 31 mart 2023
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə