Təqvim
Azərbaycanın energetika naziri 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
04 dekabr 2020 - 13:53

3 dekabr tarixində “İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları” mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib. Tədbirdə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov da iştirak edib. Malayziya hökumətinin ev sahibliyi ilə virtual formatda təşkil olunmuş Forumda inkişaf etməkdə olan bazarlarda təbii qazın rolu, təbii qaz bazarlarında yeni perspektivlər, dayanıqlı gələcəyə xidmət edəcək və dünya qaz bazarlarında dinamik inkişafı dəstəkləyən enerji siyasəti və biznes strategiyaları haqqında fikir mübadiləsi aparılıb.
 

Forum çərçivəsində təşkil olunmuş “Genişlənməkdə olan qaz bazarlarında imkanlar: yeni reallıqlar şəraitində istehsalçı – istehlakçı perspektivləri” mövzusunda Nazirlərin Dəyirmi Masasında çıxış edən energetika naziri Cənub Qaz Dəhlizi layihəsi haqqında geniş məlumat verib və bildirib ki, cari ilin sonundan etibarən təbii qazın Avropaya nəqlinə başlanacaqdır. Eyni zamanda, ayrı-ayrılıqda TANAP və TAP layihələri haqqında da məlumat verilərək, həm bu kəmərlərin, həm də ümumilikdə Cənub Qaz Dəhlizinin gələcəkdə nəql imkanlarının genişləndirilməsi və daha geniş coğrafiyaya, Cənub-Şərqi Avropa və Balkanlara qaz nəqli perspektivlərinin olduğu bildirilib.
 

Çıxışda həmçinin, Azərbaycanda bu il 38 milyard kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 milyard kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan Şahdəniz yatağından illik hasilatın bu il 18,7 milyard kubmetrə, 2023-cü ildə isə 25,3 milyard kubmetrə çatacağının gözlənildiyi qeyd edilib. Bildirilib ki, indiyə qədər bu yataqdan təxminən 133 milyard kubmetr qaz çıxarılıb, 88,6 milyard kubmetrdən çox qaz ixrac edilib.
 

Azərbaycanın əks-hücum əməliyyatı və sonrakı siyasi həll mərhələsi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edildiyi və 30 illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğu, bununla da Azərbaycanda enerji, o cümlədən qaz infrastrukturuna hərbi təhdidlərin artıq keçmişdə qaldığı da diqqətə çatdırılıb.
 

Forumda 100-ə yaxın yüksək səviyyəli hökumət nümayəndələri, o cümlədən nazirlər, sənaye liderləri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak ediblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Masallıda yeni məktəb binaları tikilir 17:41, 04 fevral 2023
GÜLAĞA TƏNHA: GƏLMİSƏN15:59, 04 fevral 2023
Azərbaycanda yeni cərimələr müəyyənləşdi 15:56, 04 fevral 2023
Xocalıda avtomobil dərəyə aşdı 15:38, 04 fevral 2023
Ruslar Xersonda Ukrayna qırıcısını vurdu 17:57, 03 fevral 2023
Prezident Tarif Şurasına əlavə səlahiyyətlər verdi 16:07, 03 fevral 2023
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb 15:30, 03 fevral 2023
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxış edib +FOTO12:45, 03 fevral 2023
GÜLAĞA TƏNHA: DARA ÇƏKİR21:30, 02 fevral 2023
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 20:32, 02 fevral 2023
Molla rejimindən qadınlarla bağlı qərar 18:47, 02 fevral 2023
Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub 18:45, 02 fevral 2023
Mehriban Əliyeva "Gənclər Günü" ilə bağlı PAYLAŞIM ETDİ 18:33, 02 fevral 2023
Rumıniya Prezidenti Klaus Yohannisin rəsmi qarşılanma mərasimi olub +FOTO18:00, 02 fevral 2023
Ermənistanda hərbi formalar dəyişdirilir 15:30, 02 fevral 2023
Fransa İstanbuldakı konsulluğunu bağladı 15:28, 02 fevral 2023
Türkiyəli iş adamının qızı Londondakı evində ölü tapıldı18:40, 01 fevral 2023
Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayır16:14, 01 fevral 2023
Saakaşvili vəsiyyətini elan etdi: Məni bu ölkədə dəfn edin16:00, 01 fevral 2023
GÜLAĞA TƏNHA: SƏNİN ADINA YAZDIM14:22, 01 fevral 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə