Təqvim
İlham Əliyev Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin açılışında iştirak edib +FOTO=21
03 sentyabr 2021 - 16:08

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.

 

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

 

Bildirildi ki, təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

 

Qeyd edək ki, son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə də yaradılan şərait Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani göstəricisidir. Paytaxtla yanaşı, digər şəhərlər də yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının olduğunu göstərir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin bilikli və savadlı, yüksək intellektual potensiala malik yetişdirilməsidir.

Sosial şəbəkələrdə paylaş:
Sabiq nazir müavini saxlanıldı 18:41, 15 yanvar 2022
Türkiyə beynəlxalq aləmdə adını dəyişmək qərarına gəlib 17:40, 15 yanvar 2022
Bu tarixdə Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək 16:47, 15 yanvar 2022
Azərbaycan Prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul etdi 14:03, 15 yanvar 2022
Bakıda anbarda yanğın baş verdi 13:35, 15 yanvar 2022
“Ermənistanın Baş naziri azərbaycanlı olsun”- Erməni siyasətçi12:11, 15 yanvar 2022
Gülağa Tənha yaradıcılığı: şeirlərə bəstələnmiş beş mahnı11:03, 15 yanvar 2022
Azərbaycan bayrağı Atakule qülləsində 22:31, 14 yanvar 2022
Həbib də koronavirusa yoluxdu 22:25, 14 yanvar 2022
Həbsdəki icra başçısı namaza başladı 22:19, 14 yanvar 2022
Zelenskidən Azərbaycan vətəndaşları barədə SƏRƏNCAM18:17, 14 yanvar 2022
Azərbaycan-Ukrayna sənədləri imzalandı 16:16, 14 yanvar 2022
İnfeksionist Omikronun əsas əlamətlərini açıqladı 14:55, 14 yanvar 2022
İlham Əliyev Zelenski ilə görüşdü 13:55, 14 yanvar 2022
Azərbaycana gətirilən bibərdə virus aşkarlandı 12:52, 14 yanvar 2022
Bağçada uşağa şiddət göstərən qadın işdən çıxarılıb 11:41, 14 yanvar 2022
Heydər Əliyevə sadiq şəxslərin ürək sözləri Gülağa Tənha və Aleksandr İvanov10:14, 14 yanvar 2022
Bu ölkə ətəndaşlarının Azərbaycana giriş-çııxışına icazə verildi 22:00, 13 yanvar 2022
Oğul 66 yaşlı anasını baltaladı 20:01, 13 yanvar 2022
"Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" - İlham Əliyev19:15, 13 yanvar 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə