Təqvim
Gülağa Tənha : Vətən müharibəsi, sərkərdəlik fəlsəfəsi
03 fevral 2024 - 23:44

Gülağa Tənha:
Vətən müharibəsi, sərkərdəlik fəlsəfəsi

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan naminə, Azərbaycanın gələcəyi naminə demişdi: “Mən İlhama özüm qədər inanıram”. Bu fikir, bu ehtiram, bu inam xalqın inandığı, sevdiyi şəxsiyyətin həyat amalı azərbaycançılıq ideologiyası ilə formalaşmış bir gənc siyasətçiyə ehtiramıdır, inamıdır. Tarix təsdiqlədi ki, zamanın çox həssas bir mərhələsində böyük tarixi şəxsiyyətin siyasi kursunu Azərbaycan dövlətçiliyi naminə məfkurəvi proqram kimi davam etdirən gənc siyasətçinin Azərbaycana sevgisinə verilən bu dəyər gerçəkliyin ifadəsi kimi xalqın sevgisinin bir hissəsi oldu. Böyük tarixi şəxsiyyətin bu fikri 17 il Azərbaycanın ərazi bütövlüyünün tam bərpa ediləcəyinə inam kimi yaşanıldı. Ulu Öndərin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” fikri həmişə Azərbaycan dövlətinin xarici siyasətinin başlıca istiqamətini müəyyənləşdirirdi və Azərbaycan Respublikasının Prezidenti Ulu Öndərin bu kəlamlarını tarixi gerçəkliyə çevirdi. ...

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə, müharibə Azərbaycanın ərazisinin 20 faizinin işğalına səbəb olmuşdu. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən işğalçı dövlət sülh danışıqlarından yayınır, regionda mövcud status-kvonu saxlamağa çalışır, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbycanın ərazilərinə müxtəlif miqyaslı həmlələr, hücumlar edirdi.
Birinci Qarabağ müharibəsində ordumuz hələ nizami ordu kimi formalaşmamışdı, Orduda vahid komandanlıq yox idi. Xalqın ciddi tələbi ilə böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması həm Azərbaycanın parçalanması, dövlətçiliyini itirmə təhlükəsi aradan qaldırıldı, həm də ordumuz nizami ordu kimi formalaşmağa başladı. Azərbaycan dövlətçiliyində Heydər Əliyev mərhələsi tarixi dövr oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tarixi dövrü Azərbaycanın siyasi nüfuzunun yüksəldilməsinə, iqtisadi qüdrətinin artırılmasına yönəldə bildi, böyük tarixi şəxsiyyətin siyasi kursunun sədaqətli davamçısı kimi ordu quruculuğunu dövlət üçün prioritet vəzifə səviyyəsinə yüksəltdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq ideologiyasının fövqündə Azərbaycanın ərazi bütövlüyü dayanırdı, cənab İlham Əliyev bu amalı siyasi fəaliyyətinə sədaqət borcu bilirdi. Ordu quruculuğu dövlət üçün prioritet idi, ordunun döyüş hazırlığı da, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da yüksəldildi, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordu oldu. Ali Baş Komandanın tövsiyələrinə əsasən orduda müxtəlif planlı təlimlər keçirilirdi, Ordunun döyüş hazırlığı həm də beynəlxalq miqyaslı təlimlərlə gücləndirilirdi. Belə təlimlər həm ordu quruculuğu prosesinin nəzəri tələblərinə görə, həm də hərbi təxəyyülə görə müxtəlif qoşun növləri üzrə Azərbaycanda da, Azərbaycanın hüdudlarından kənarda da tarixləşirdi. Yüksək döyüş hazırlığını təmin edən tədbirlər kimi tarixi Zəfərdən sonra da davam etdirilməkdədir.
Azərbaycanda ordu quruculuğunun dinamikliyi, məqsədyönlüyü, dünyanın böyük dövlətlərinin, bu sıradan Türkiyə ordusunun modeli əsasında elmi əsaslarla daha dönməzliklə formalaşması ordunun qüdrətini təmin edirdi...

Ordunun silahlandırılması da ordu quruculuğu üçün son dərəcə gərəklidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə də xüsusi nəzarəti ordunun qüdrətli ordu kimi formalaşmasında xüsusi əhəmiyyətə malik oldu. 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin 19 müəssisəsi fəaliyyət göstərirdi ki, bu müəssisələrdə müdafiə təyinatlı 400 növ məhsul istehsal olunurdu. 2011-ci ildə respublika daxilində istehsal olunan hərbi təyinatlı məhsulların sayı 600-ə, 2012-ci ildə 665-ə, 2015-ci ildə 1500-ə çatdı. İndi Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf edən müasir istehsal sahəsinə çevrilib. İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycan Ordusunun arsenalında ən müasir döyüş sistemləri var idi ki, bu da Azərbaycan Ordusunun döyüş və müdafiə imkanlarını yeni bir mərhələyə yüksəltmişdi. Bu istiqamətdə görülən kəsilməz işlər ordunun gücünün möhkəmləndirilməsini təmin edirdi. Belə bir şəraitdə, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə etməklə işğal etdiyi ərazilərdən hücuma keçdi, bir sıra yaşayış məntəqələrimizi, təmas xəttində müdafiə mövqelərimizi atəşə tutdu. Bu, işğalçı dövlətin növbəti hərbi əməliyyatı idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Ölkə başçısının xalqa müraciəti Azərbaycan ictimaiyyətini, Azərbaycan vətəndaşlarını, Azərbaycanı sevənləri ədalətli müharibəyə səfərbər etdi, Ermənistanın qeyri-konstruktiv siyasəti bir daha işğalçılıq müharibəsinin təzahürü kimi şərh olundu, əks-hücumun işğaldan qurtuluş müharibəsi kimi davam edəcəyi, bu müharibənin ədalətli müharibə olduğu, Azərbaycanın bu müharibə ilə tarixi ədaləti bərpa edəcəyi bildirildi: “Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir...”. Bu qətiyyət müharibədə Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik Şurasının sentyabr ayının 27-də keçirilən iclasında çıxışında bildirdi ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək.
Vətən müharibəsi başlananda respublika ərazisində hərbi vəziyyət elan edilməsi haqqında fərman imzalandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, azərbaycançılığa, dövlətçiliyə sədaqəti mövcud hərbi vəziyyətin sonunu proqnozlaşdırırdı, ölkə başçısı Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısının alınması üçün Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun yerinə yetirəcəyi vəzifələri, hərbi-strateji məqsədini bildirərək dedi: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! ... Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın...”...

Azərbaycan Ordusunun hissələri Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını qətiyyətlə almışdı. Cənab İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün bütün cəbhə boyu əks-hücum əməliyyatını davam etdirmək, bütün istiqamətlərdən döyüşlərə başlamaq əmri vermişdi. Bu, xalqın gözlədiyi müharibə idi. Azərbaycanın ərazi bütövlüyü bu müharibədə qazanılacaq qələbə ilə tam bərpa ediləcəkdi. Bu müharibə xalqın müharibəsi oldu. Döyüşənlər döyüşlərdəydi, döyüşə cəlb olunmayanlar ruhən döyüşənlərin sırasındaydı. Bu müharibə Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sonlandıracaq ədalətli, müqəddəs müharibə idi. Ermənistanın havadarları Azərbaycan Ordusunun qazandığı mövqe qələbələrini görəndə müharibənin dayandırılmasını tələb edirdi. Onda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti bu fikirlərin səsini aldı: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına qarşı başlanan döyüşlər xarakteri etibarilə əks-hücum əməliyyatı idi. Tarixi şərait bu əməliyyatın genişləndirilməsini, mahiyyətinin dövlətçilik baxımından dəyişdirilməsini, əməliyyata daha çox hərbi qüvvələrin cəlb olunmasını zəruriləşdirmişdi. Ali Baş Komandan bu amilləri yüksək dəqiqliklə, hərbi strategiyanın tələblərinə uyğun tətbiq olunmasını təmin etməklə əks-hücum əməliyyatını ədalətli müharibə ilə davam etdirməyi ordunun tarixi missiyası kimi tarixə sərkərdə hesabatı bildi. Sentyabr ayının 30-da Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbi qulluqçularla görüşdə bu döyüşləri “Vətən uğrunda gedən döyüşlər” kimi xarakterizə etdi. Oktyabr ayının 26-da xalqa müraciətində Ermənistanın işğalçılığına qarşı aparılan bu müharibəni “Vətən müharibəsi” adlandırdı. İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı...

Sentyabr ayının 27-dən etibarən Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinə qarşı üç istiqamətdən – Murovdağ, Ağdam-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərindən əks-hücumlara başladı. Strateji əhəmiyyətli Ağdərə, Əsgəran, Xocalı, Xankəndi, Şuşa şəhərlərini işğaldan azad etmək üçün ordu hissələrimiz Ağdam – Tərtər istiqamətindən hücuma keçəcəkdi. Ali Baş Komandanın qərarı ilə əməliyyat planı dəyişdi. Sonrakı döyüşlər təsdiqlədi ki, bu, döyüş şəraitinə görə düzgün taktika kimi döyüşlərin gedişində xeyli əhəmiyyətli olub.
Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Mudovdağ istiqamətində yüksəkliklər işğaldan azad edildi. Ciddi müqavimət göstərən düşmən işğal müddətində Cəbrayıl rayonunda da müdafiə sədlərini möhkəmləndirmişdi, təkmilləşdirmişdi. Ölkə başçısının dediyi kimi, “Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb”.
Məqsəd – qələbə, Azərbaycanın müharibələr tarixinə, müasir müharibələrə bələdlik döyüşlərdə taktiki çeviklik strateji üstünlüyü təmin etdi.
Qoşun növləri arasında qarşılıqlı əlaqələr, koordinasiya, döyüşçü cəsarəti, şücaəti, Azərbaycanın Ali Baş Komandanının qətiyyətli sərkərdəliyi döyüşlərdə strateji mövqelərin işğaldan azad edilməsi ilə nəticələnirdi, Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü. Azərbaycan Respublikasının Prezidenti döyüşlər haqqında dedi: “Hər gün səhər mənim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik”. Bu kəlamlar Vətən müharibəsinin gerçəklikləri idi, Ali Baş Komandanın sərkərdəlik qüdrətinin hərbi-strateji xarakteri kimi tarixləşdi... Dünya bir daha inandı ki, müharibədə qələbə həm ordunun gücü ilə, həm də dövlət idarəçiliyinin, sərkərdəliyin qüdrəti ilə şərtlənir.
Vətən müharibəsində hər gün operativ müşavirələr təşkil olunurdu, müharibənin gedişi, tapşırıqların necə yerinə yetirlməsi müzakirə olunurdu. Döyüşlərin, onların nəticələrinin daha əhatəli, daha parametrli müzakirəsi, komanda heyətinin vəzifələrinin döyüş şəraitinə görə dəqiqləşdirilməsi üçün Ali Baş Komandan oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirdi, müharibənin dayandırılması üçün Ermənistanın və onun havadarlarının cəhdləri, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün Azərbaycan 0rdusunun qəhrəmanlıqları haqqında məlumat verildi. Qətiyyətlə bildirildi ki, müharibə ancaq Ermənistan qoşunları Azərbaycanın ərazilərindən tamamilə çıxdıqdan sonra dayandırıla bilər. Azərbaycançılıq işğalçılıq ümidlərini çiliklədi...

Müharibələr tarixində təsdiqlənib ki, qələbə təkcə ordunun gücündən deyil, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığından, xalqla ordunun birliyindən, uğurlara hesablanmış rəhbərlikdən, təşkilatçılıqdan, düzgün idarəetmədən, qətiyyətli, mübariz komandanlıq – sərkərdəlik qüdrətindən, sərkərdənin hərbi təxəyyülündən, hərbi strategiyaya, taktikaya bələdliyindən, qoşun növləri arasında koordinasiyanın düzgün təşkilindən, qoşunların fəaliyyətinin vaxtında istiqamətləndirilməsindən, rəhbərlik və təşkilatçılıqdan, ... asılıdır. Azərbaycan Respublikasının Prezidenti. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsini tarixi Zəfərlə tamamlayan qadir sərkərdə oldu. İkinci Qarabağ müharibəsi, mahiyyəti etibarilə Vətən müharibəsi belə yaşanıldı. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu qələbə müharibəni sonlandırdı. Üçtərəfli bəyanat imzalandı. Lakin məğlub Ermənistan qalib Azərbaycanın ərazilərini tərk etmədi, dağılmış ordu hissələri son 30 ilin ideoloji mərkəzinə çerilmiş Xankəndidə separatçı erməni silahlı qüvələri ilə birləşmişdi, təxribatlar törətməkdə davam edirdi. 2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə lokal xarakterli antiterror əməliyyatı başladı. Ağdərə, Əsgəran, Xocalı rayonları, Xankəndi şəhəri işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Dünyəvi siyasət budur! Qüdrətli sərkərədəlik budur!..

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində xalqa müraciətlərində demişdi: “...bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin...”. Belə qüdrət tarixi Zəfərlə tamamlandı.  Bu müqəddəs Zəfərin müqəddəsliyini ölkə başçısının “Mən ata vəsiyyətini yerinə yetirdim” qüruru tamamladı...

Tarixi Zəfər qazanıldı. İşğaldan azad edilmiş ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı, Azərbycanın ərazi bütövlüyü tam bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə tarixi Zəfərin davamı kimi quruculuq işləri başladı. Bir vaxtlar döyüşlər getmiş ərazilərdə XXI əsrin böyük tikintiləri dünyaya bir mesaj oldu: Azərbaycan ordusu qalibiyyət ordusudur, Azərbaycan dövləti tarixin səhfini düzəltməyə qadirdir.

Sakinlərin işğaldan azad edilmiş kəndlərə, şəhərlərə qayıdışı da tarixi hadisədir; Vətən müharibəsində müzəffər sərkərdə kimi Zəfər qazanan cənab İlham Əliyev Böyük Quruculuğun da Zəfərlə tamamlanmasını təmin edəcək, on illərlə həsrət yaşayanlar doğma kəndlərinə qayıdacaq! Dünya Azərbaycanın bəşəriliyinin heyrətini yaşayacaq...

Gülağa Tənha

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə