SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 15 may 2024-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.
SHXÇDX-nin mətbuat xidmətindən bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 10 may 2024-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.
Bütün hüquqlar qorunur © 2024