Əl uzat könlümün şah budağından Bakı, iyul, 2008
Dəli həsrətimi üz, qara gözlüm.
Elə bil çiçəkdi, hər səhər çağı
Qara tellərinə düz, qara gözlüm.
Çətindi dodaqla dil ayrılığı,
Ömür kitabından sil ayrılığı…
Məni yaman yorub il ayrılığı,
Yığılmır yollardan göz, qara gözlüm.
Dağ edə bilmirəm qəhəri, qəmi,
Hələ ki, titrəyir qəlbimin simi.
Qayıdıb Abbasın Gülgəzi kimi,
Həsrətin əlini kəs, qara gözlüm.
Bütün hüquqlar qorunur © 2023