Dahi rəhbərimiz Heydər Əliyevin məzarı üstündə düşüncələr A dünya, nə vaxtsa övladın olan, Bəndənin qeydinə qalacaqmısan? Doğmalıq etməyin özünə qalsın, Ən azı, analıq olacaqmısan? Ürəyin daşıymış, gözün dolmadı, Çayın qurumadı, gülün solmadı, İnsana sənin təki qıyan olmadı, Kiməsə vəfalı olacaqmısan? Nə vəfan varıymış, nə etibarın, Bəlalar hədiyyən, ölüm çaparın, Başıma səpdiyin əbədi qarın, İçində üşüyüb donacaqmısan? Özünü unudub, xalqına yandı, O, xalqı yaşatdı, xalq onu andı, Bu ağır itkiyə fələk də yandı, Kimi aparmısan – qanacaqmısan? Onsuz ağır keçib, ötür ömür-gün, İnamım qıırlıb sənə büsbütün… Onunla yenidən qovuşmaq üçün Tənhanı qoynuna alacaqmısan? Millətim bağlandı Heydər adına, Tanrımız, arxa ol oğlu İlhama, Bu yurdun, torpağın, elin xətrinə, Xalqını çatdırsın arzuya, kama!.. İlləri bu yolda döndərib şama Sən onu hər zaman ucalt, İlahim, Heydər oğulunu yaşat, İlahim!.. Bakı, Fəxri Xiyaban, 12.12.2004
Bütün hüquqlar qorunur © 2023