Bakıda bank kartından oğurluq edən şəxs saxlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2023