Kanada hakimiyyəti İranın sanksiya siyahısına daha dörd şəxs və beş təşkilat əlavə edib. Bu barədə Kanadanın xarici işlər naziri Melani Colinin cümə günü verdiyi bəyanatda deyilir. Nazir deyib ki, məhdudiyyətlər İranda insan hüquqlarının pozulması ilə əlaqədar tətbiq edilir. “Bununla əlaqədar olaraq biz İranın dörd fiziki və beş qurumuna sanksiya tətbiq edirik”, - deyə Coli bildirib. Xatırladaq ki, bundan əvvəl İranda etiraz aksiyaları fonunda Kanada İranın onlarla fiziki və hüquqi şəxsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) üzvlərini iqtisadi sanksiyalar siyahısına daxil edib.
Bütün hüquqlar qorunur © 2023