Təqvim
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda
06 aprel 2024 - 00:48

Aprel şəhidinin xatirəsi anılıb - Masallıda

 

Nurlan Əsgərlinin şəhadətindən 8 il ötür

 

2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş, Azərbaycan Silahlı Qüvvələrin giziri Nurlan Bayram oğlu Əsgərlinin (03.12.1995-04.04.2016) xatirəsi onun doğulub boya-başa çatdığı Viləş kəndində anılıb.
Şəhid Sehran Hacıyev adına Viləş kənd tam orta məktəbindəki anım tədbirində rayon rəsmiləri, şəhidin doğmaları, təhsil işçiləri, ziyalı və ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon sektorunun əməkdaşı Hörmət Balakişiyev və başqaları səkkiz il öncə, dördgünlük müharibədə Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın, o cümlədən XTQ giziri Nurlan Əsgərlinin şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, 44 günlük müharibədə qazanılan qələbədə Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıblar. 
İki şəhid – Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərlinin və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba xanım övladları ilə bağlı xatirələrini bölüşüb, ölkəmizdə, o cümlədən Masallı rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını bildirib.
Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda şəhid qardaşların məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

 

Akif AĞAYEV    

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə