CAN VƏTƏN xəbər verir ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək. Bundan başqa Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər. Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin Prezident seçkilərinin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.Seçkilərlə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək
Fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək.
Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər.
Bütün hüquqlar qorunur © 2024