Təqvim
“AZƏRENERJİ” əhəmiyyətli layihə reallaşdırır - VİDEO
26 noyabr 2020 - 13:29

“Azərenerji” reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirərək Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində və Respublikanın Şimal-Şərq rayonları, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında idarəolunan şuntlayıcı reaktorlar quraşdırır. Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləməklə yanaşı rejim imkanlarını yaxşılaşdıracaq və bununla da reaktiv yükün kompensasiyasını təmin edəcək. İdarəolunan şuntlayıcı reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq.


Bununla yanaşı idarəolunan şuntlayıcı reaktorun quraşdırıldığı strateji əhəmiyyətli 330, 220, 110, 10 kilovoltluq “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur. Respublikanın Şimal-Şərq rayonlarının, eləcə də Abşeron yarımadasının enerji təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurub və buna görə də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılmaqla, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir. Onu da qeyd edək ki, "Yaşma" yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 330 kV-luq hava xəttinin çəkilməsinə başlanılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Masallıda yeni məktəb binaları tikilir 17:41, 04 fevral 2023
GÜLAĞA TƏNHA: GƏLMİSƏN15:59, 04 fevral 2023
Azərbaycanda yeni cərimələr müəyyənləşdi 15:56, 04 fevral 2023
Xocalıda avtomobil dərəyə aşdı 15:38, 04 fevral 2023
Ruslar Xersonda Ukrayna qırıcısını vurdu 17:57, 03 fevral 2023
Prezident Tarif Şurasına əlavə səlahiyyətlər verdi 16:07, 03 fevral 2023
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb 15:30, 03 fevral 2023
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxış edib +FOTO12:45, 03 fevral 2023
GÜLAĞA TƏNHA: DARA ÇƏKİR21:30, 02 fevral 2023
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 20:32, 02 fevral 2023
Molla rejimindən qadınlarla bağlı qərar 18:47, 02 fevral 2023
Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub 18:45, 02 fevral 2023
Mehriban Əliyeva "Gənclər Günü" ilə bağlı PAYLAŞIM ETDİ 18:33, 02 fevral 2023
Rumıniya Prezidenti Klaus Yohannisin rəsmi qarşılanma mərasimi olub +FOTO18:00, 02 fevral 2023
Ermənistanda hərbi formalar dəyişdirilir 15:30, 02 fevral 2023
Fransa İstanbuldakı konsulluğunu bağladı 15:28, 02 fevral 2023
Türkiyəli iş adamının qızı Londondakı evində ölü tapıldı18:40, 01 fevral 2023
Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayır16:14, 01 fevral 2023
Saakaşvili vəsiyyətini elan etdi: Məni bu ölkədə dəfn edin16:00, 01 fevral 2023
GÜLAĞA TƏNHA: SƏNİN ADINA YAZDIM14:22, 01 fevral 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə