Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixail Saakaşvili zəhərlənib. Bunu sabiq prezidentin vəkili Valeri Gelbaxiani bildirib. O qeyd edib ki, Saakaşvilidə zəhərlənmə əlamətləri var. Zəhərlənmənin hansı maddələrdən baş verməsinə dair araşdırmalar davam edir. Xatırladaq ki, 2021-ci il oktyabrın 1-də Mixail Saakaşvili öz feysbuk hesabında ölkəyə qayıtması ilə bağlı videomüraciət paylaşmış və elə həmin günün axşamı saxlanılmışdı.
Bütün hüquqlar qorunur © 2023