Çapa göndər
Ermənistan Hindistandan 600 milyon dollara “Akaş” raketləri ALIR

19 dekabr 2023 - 12:40

Ermənistan Hindistandan 600 milyon dollara “Akaş” raketləri ALIR

Hindistan yaxın bir neçə ay ərzində Ermənistana özünün “Akaş” zenit-raket komplekslərini tədarük etməyə başlamaq niyyətindədir.

CAN VƏTƏN xəbər verir ki, bu barədə ANI agentliyi Hindistanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib.
“Silahların Ermənistana çatdırılmasının yaxın bir neçə ay ərzində həyata keçirlməsi gözlənilir”, - mənbə bildirib.

Agentliyin məlumatına görə, Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb.
Ətraflı
“Bu arada, bir çox ölkə, o cümlədən Braziliya, Misir və Filippin “Akaş” hava hücumundan müdafiə sisteminə maraq göstərir”, – agentlik mənbədən sitat gətirib.
“Akaş” qısa mənzilli zenit-raket kompleksinin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri bir neçə yeni modifikasiya yaradılıb.