Təqvim
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR
11 noyabr 2023 - 17:19

Göyçayda Nar Festivalına start verildi - FOTOLAR

Göyçayda dörd illik fasilədən sonra nar festivalı yenidən qeyd edilir.

Modern.az xəbər verir ki, iki gün davam edəcək XV Festivalda nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilir.

Səhər saatlarında mərkəzi stadiondan start verilən bayram tədbirində rəsmi qonaqlarla yanaşı xeyli sayda vətəndaşlar qatılıb.

Festivalın iştirakçıları gün ərzində nar məhsullarının sərgi-yarmarkası ilə tanış olaraq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançıların çıxışlarına baxıblar. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçirilib. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxıblar.

Ölkəmizin hər yerindən minlərlə insanın iştirak etdiyi möhtəşəm nar festivalı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib. Tədbirdə narla bağlı müxtəlif sərgilərin, yarış və müsabiqələrin təşkili xüsusilə yaddaqalan olub. Festival iştirakçılarına müxtəlif növdən olan dadlı narlar və onlardan hazırlanan çoxlu çeşiddə məhsullar təqdim olunub.

Tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Meydanda təşkil olunmuş kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib, idmançıların, folklor rəqs və musiqi qruplarının bir-birini əvəz edən çıxışları bayramı daha da yaddaqalan edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İnşaat və əmlak

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə