Təqvim
Xankəndidə peşə təhsili müəssisəsi YARADILIR
13 dekabr 2023 - 11:12

Xankəndidə peşə təhsili müəssisəsi YARADILIR

Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.

CAN VƏTƏN xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı məlumat verib.

O bildirib ki, bununla bağlı planlar var və müvafiq qurumlarla razılaşmalar aparılır.

Nazir bildirib ki, plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq: "Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama görə,  regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
 
Həmçinin Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini, eləcə də Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə