Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” haqqında qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən aşağıdakı sənədlər tələb edilir: - müəssisənin müdirinin adına ərizə; - valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti; - uşaqların mübadilə vərəqəsi; - uşağın doğum haqqında şəhadətnaməsinin surəti; - uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli; - sağlamlığının vəziyyəti barədə arayış "Mübadilə vərəqəsi - uşağın doğuşdan etibarən keçirdiyi xəstəliklər və vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəddir. Mübadilə vərəqi də daxil olmaqla, yuxarıda qeyd edilən sənədlərdən hər hansı olmadıqda uşağın bağçaya qəbulu mümkün deyil", - qurumdan bildirilib. Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir. Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.Bağçalara qəbulda qızılcaya qarşı peyvənd tələb olunur - RƏSMİ
Son zamanlar qızılca virusunun uşaqlar arasında sürətlə yayılması fonunda bağçalarda uşağın qızılcaya qarşı peyvənd olunması ilə bağlı arayış tələb edildiyi iddia olunur. İddialar sosial şəbəkələrdə də geniş müzakirə olunur.
Ətraflı
Bütün hüquqlar qorunur © 2024