Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatında Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədr müavini Gülcahan Vəkilzadə çıxış edərək Ümummilli Liderin müstəqil Azərbaycanın qurulması və dövlətçilik ənənələrinin qorunmasındakı xidmətlərindən danışıb. Daha sonra Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Akif AĞAYEV.
Bütün hüquqlar qorunur © 2023