Təqvim
Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır
04 dekabr 2023 - 21:59

Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır

“Qızılcanın hazırkı kəskin artımı labüddür və bunu qorxulu hal kimi dəyərləndirmək düzgün deyil. İstənilən infeksiyanın potensial fəallığını qiymətləndirən 2 əsas əmsalı - yoluxduruculuq qabiliyyəti, ölüm törətmə əmsalı olur”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib. Professor yoluxdurucu qabiliyyətinə görə qızılcanın bütün məlum virus infeksiyaları içərisində birinci olduğunu bildirib: “Yəni bir qızılca xəstəsi 11-18 nəfəri yoluxdura bilər. Halbuki, bu indeks COVID-19, fəsli qrip kimi viruslarda daha aşağıdır. Odur ki, qızılcaya “heç bir vaxt yoluxmamaq” fikri tamamilə yanlış və əsassızdır. Hər bir insan bu infeksiyaya yoluxmalıdır və yoluxur. Bunun üçün xəstə ilə hətta birbaşa kontakt belə lazım deyil. İnsanın olduğu otaqda, ondan 2 saat əvvəl qızılcalı xəstə olubsa, yoluxma qaçılmazdır. Bu səbəbdən xəstəliyin hazırda müşahidə edilən artım tempi təşviş və qorxuya səbəb olacaq müstəsna bir hal kimi təqdim olunmamalıdır”.

M.Qəniyev qızılcanın epidemik halının törətdiyi ölüm göstəriciləri haqda danışıb: “Letallıq göstəricisinə görə, qızılcanın kütləvi epidemik halı müşahidə olunan XXI əsrdə törətdiyi ölüm cəmi 0,004-0,28 faizdir. Başqa sözlə desək, bu göstəriciyə görə qızılca, bütün məlum virus infeksiyalarından geridədir, yəni qorxusuzdur. Ölüm nisbəti yalnız parotit (0,006 faiz) və su çiçəyindən (0,0001 faiz) öndədir”.

Professor bildirib ki, bəzi həkimlər qızılcaya tutulmuş uşağa ikincili virus infeksiyasının (məsələn, qrip, COVID-19 və digər) yoluxma ehtimalı olduğunu deyirlər. Ancaq bu hal nə nəzəri, nə də praktik olaraq mümkün deyil. Çünki viruslara hüceyrədaxili mühitdə “mütləq konkurent antaqonizm” prinsipi xasdır. Yəni, hüceyrəyə ilkin daxil olmuş virus, digərinin daxil olmasını mütləq şəkildə əngəlləyir. Bu hal “keçid qapısının bloklanması” kimi dəyərləndirilir.

Qızılcaya ən həssas insan qrupunun 4 yaşına qədər uşaqlar olduğunu deyən M.Qəniyev ən etibarlı qorunma vasitəsinin peyvəndləmə olduğunu vurğulayıb: “Dünyada qızılcaya qarşı peyvənd 60 ilə yaxındır istifadə olunur. Bizim ölkəmizdə peyvənd “Azərbaycan Respublikasının Milli peyvənd təqvimi” siyasəti üzrə həyata keçirilir və hazırda tibbi sığortanın xidmətlər zərfinə daxildir. Dünyada 83 faiz uşaq peyvəndin birinci dozasını bir yaşında, 74 faiz uşaq isə ikinci dozasını 6 yaşında qəbul edir. Qızılca zamanı formalaşan təbii immunitet isə, daimi və ömürlükdür. Odur ki, təkrar ağır xəstələnmə riski sıfır faizdir”.

Bu gün uşaqların həyatı üçün heç bir xüsusi qorxu və təhlükə olmadığını söyləyən ATU-nun kafedra müdiri, bununla yanaşı, qorunma tədbirləri, ilk növbədə peyvənd olunmanın zəruriliyini önə çəkib. Onun sözlərinə görə, kənar şəxslərin uşaqların üzündən öpməsinə, onlara nəfəs verilməsinə, eləcə də digər qeyri-gigiyenik prosedurlara qətiyyən yol verilməməlidir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə