Çapa göndər
Masallıda qanvermə aksiyası keçirilib

21 may 2024 - 17:12

Masallıda qanvermə aksiyası keçirilib 

 

Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transsfuziya İnstitutu və Masallı Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Mayın 21-də, Masallı Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada iştirak edən dövlət və özəl sektor əməkdaşları ilə yanaşı 150-dən çox könüllü hemofiliya və talassemiya xəstələrinə dəstək olub.

 

Akif AĞAYEV