Təqvim
Masallıda məktəblilərin IT biliklərinin artırılması üçün dərnəklərə start verilib Akif Ağayev +FOTO=5
05 dekabr 2022 - 10:31

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olmuş “Start IT Dərnəkləri” layihəsinə start verilib.

 

Layihənin açılış tədbiri və ilk təlimi Masallı rayonunun Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbində təşkil olunub.

 

Təbdir öncəsi torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Giriş sözü ilə çıxış edən layihə rəhbəri Rəhman Məmmədov layihənin donoru və məqsədi barədə məlumat verib. O, qeyd edib ki, layihə məktəblilərin informasiya texnologiyalarına marağının artırılması, rəqəmsal bacarıqlara yiyələnməsi və bu sahədə yeni biliklərin əldə edilməsini özündə əks etdirir: “Layihə Masallı rayonunun 8 məktəbində, ümumilikdə 100-ə yaxın şagirdi əhatə edəcək. Hər məktəbdə iki günlük dərnəklər təşkil olunacaq...”

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektorunun müdir müavini Samit İslamov bu cür layihələrin şagirdlər üçün faydalı olduğunu, onların əldə etdiyi məlumatlarla doğru ixtisas və peşə seçiminə təsir göstərdiyini, eləcə də müasir təhsil və ixtisasların informasiya texnologiya biliklərilə əlaqəli olduğunu diqqətə çatdırıb.

 

Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbinin direktoru İsa İbadov və digər müəllimlər layihənin onların məktəbində start götürməsindən məmnunluq duyduqlarını vurğulayıblar.

 

Məlumat üçün bildirək ki, dörd ay davam edəcək layihənin təlimçisi Leyla Məmmədova, eksperti Rafət Şirəliyevdir.

Akif AĞAYEV,

MASALLI.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
İlham Əliyevin adından Əbdülfəttah Əs-Sisinin şərəfinə nahar verilib 14:24, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər +FOTO13:13, 28 yanvar 2023
Azərbaycan-Misir sənədləri imzalanıb +FOTO=213:07, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub 13:02, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub +FOTO=212:23, 28 yanvar 2023
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub +FOTO11:15, 28 yanvar 2023
GÜLAĞA TƏNHA: NECƏ UNUDARSAN19:17, 27 yanvar 2023
Baş katib Azərbaycan xalqına başsağlığı VERDİ19:01, 27 yanvar 2023
İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terroru pislədi 18:43, 27 yanvar 2023
Gömrük Komitəsində əməliyyat: Rüşvət alan vəzifəlilərlə bağlı MƏHKƏMƏ QƏRARI23:22, 26 yanvar 2023
GÜLAĞA TƏNHA: DƏLİ EŞQİM16:28, 26 yanvar 2023
Rusiyaya işləyən ukraynalı polkovnik-leytenant həbs edildi 16:15, 26 yanvar 2023
Mirzoyan Borrellə Laçın yolunu müzakirə etdi 22:21, 25 yanvar 2023
Ronaldo üçün eksklüziv saat hazırlandı 22:18, 25 yanvar 2023
Mikroavtobusla yük maşını toqquşdu 22:12, 25 yanvar 2023
Norveç "Leopard 2" tankı tədarük EDƏCƏK22:11, 25 yanvar 2023
Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu +FOTO21:44, 25 yanvar 2023
Ukrayna ordusu 30 dəqiqəyə rusların üç helikopterini məhv edib 15:55, 24 yanvar 2023
Alimpaşa Məmmədovun əhalinin siyahıya alınmasına görə mənimsədiyi MƏBLƏĞ15:26, 24 yanvar 2023
GÜLAĞA TƏNHA: NƏ DÖYÜRSƏN MƏNİM TAXTA QAPIMI 14:55, 24 yanvar 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə