“Yaşıl dünya boyalarda” – Masallıda tədbir Masallıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya boyalarda” mövzusunda tədbir keçirilib. Akif AĞAYEV
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “Respublikamız beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının respublikamızda keçirilməsilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın , eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması işinə verilən dəyərin bariz nümunəsidir...”
Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin rəisi Adbala Əmənov, RİHB-nın Türkoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Leyla Əziova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində görülən və icrası nəzərdə tutulan işlərdən danışıblar.
Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə fərqlənən şagirdlər rayon rəhbərliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə yekunlaşıb.
Bütün hüquqlar qorunur © 2024