Həsrəti ürəyindən Moskva, 2000
Bacar at, ata bilsən.
İstəyini ox elə,
Nişan al, ata bilsən.
Dərdə meyil salınca,
Həsrətdən bac alınca,
İllər keçir, dalınca
Bacar çat, çata bilsən.
Xatirə – yaddaş dağı,
Yanır qarası, ağı.
Həsrət – sevgi sınağı,
Oda at, ata bilsən.
Yaş süzülür yanaqdan,
Söz boylanır dodaqdan.
Bu sitəmdən, bu dağdan
Ocaq çat, çata bilsən.
Həsrətini əyərlər,
Tənha, dərdi döyərlər.
Sənə Tanrı deyərlər,
Sevgini buta bilsən!
Bütün hüquqlar qorunur © 2023