Təqvim
Masallı məktəblilərinin rayon Heydər Əliyev Mərkəzinə təcrübə səfəri Akif Ağayev +FOTO=4
05 dekabr 2022 - 21:01

Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə fəaliyyət göstərən “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin “IT Help Desk” ixtisası üzrə təhsil alan şagirdləri üçün Masallı rayon Heydər Əliyev Mərkəzinə təcrübə səfəri təşkil edilib.

 

Şagirdlər əvvəlcə Mərkəzin ekspozisiya sərgi zalında yerləşən eksponatlarla tanış olublar. Bələdçi Şəfa Xəlilova şagirdlərə Ulu öndər Heydər Əliyevin Masallıya olan səfərlərindən, təhsilin inkişafına verdiyi töhfələrdən, gəncliyə göstərdiyi diqqət və qayğıdan danışıb.

 

Səfər çərçivəsində Heydər Əliyev Mərkəzinin əməkdaşı, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin IT müəllimi Gülcahan Vəkilzadə şagirdləri “Şəbəkə printerinin quraşdırılması” və “NVR/DVR quraşdırılması” və digər təhlükəsizlik sistemlərinin qurulması qaydaları ilə tanış edib.

 

Şagirdlər IT ixtisası ilə bağlı real iş mühiti ilə yaxından tanış olublar.

 

Qeyd edək ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Akif AĞAYEV.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Cahit Bağçı şəhid Orxanın yas mərasimində 16:55, 28 yanvar 2023
İlham Əliyevin adından Əbdülfəttah Əs-Sisinin şərəfinə nahar verilib 14:24, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər +FOTO13:13, 28 yanvar 2023
Azərbaycan-Misir sənədləri imzalanıb +FOTO=213:07, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub 13:02, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub +FOTO=212:23, 28 yanvar 2023
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub +FOTO11:15, 28 yanvar 2023
GÜLAĞA TƏNHA: NECƏ UNUDARSAN19:17, 27 yanvar 2023
Baş katib Azərbaycan xalqına başsağlığı VERDİ19:01, 27 yanvar 2023
İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terroru pislədi 18:43, 27 yanvar 2023
Gömrük Komitəsində əməliyyat: Rüşvət alan vəzifəlilərlə bağlı MƏHKƏMƏ QƏRARI23:22, 26 yanvar 2023
GÜLAĞA TƏNHA: DƏLİ EŞQİM16:28, 26 yanvar 2023
Rusiyaya işləyən ukraynalı polkovnik-leytenant həbs edildi 16:15, 26 yanvar 2023
Mirzoyan Borrellə Laçın yolunu müzakirə etdi 22:21, 25 yanvar 2023
Ronaldo üçün eksklüziv saat hazırlandı 22:18, 25 yanvar 2023
Mikroavtobusla yük maşını toqquşdu 22:12, 25 yanvar 2023
Norveç "Leopard 2" tankı tədarük EDƏCƏK22:11, 25 yanvar 2023
Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu +FOTO21:44, 25 yanvar 2023
Ukrayna ordusu 30 dəqiqəyə rusların üç helikopterini məhv edib 15:55, 24 yanvar 2023
Alimpaşa Məmmədovun əhalinin siyahıya alınmasına görə mənimsədiyi MƏBLƏĞ15:26, 24 yanvar 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə