Masallı gəncləri üçün təlim Masallı gəncləri üçün Gənclər Fondunun dəstəyi, NAYORA-nın təşkilatçılığ, “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə "Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi – 2.0” proqramı çərçivəsində "Region gəncləri arasında İKT bacarıqlarının artırılması və sosial şəbəkələrdən düzgün istifadənin təbliği" layihəsinin iki günlük təlimi keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində, 20-dən çox gənc üçün təşkil olunan təlimlər zamanı, gənclərlə ümumi tanışlıq, layihənin məqsədi və əhəmiyyəti ilə bağlı məlumatlandırılma, bir-birlərilə ünsiyyət qurmaq, sosial mediada stereotip, stiqma, bullinq, nifrət nitqi, sosial media nədir, xarakteristikaları kimi mövzulardan danışılıb, müxtəlif enercayzerlər və komanda işləri icra olunub. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Akif AĞAYEV, MASALLI.
Bütün hüquqlar qorunur © 2023