Sənsiz odu sönmüş ocaq kimiyəm, Bakı, 27 aprel, 2006
Qanadı qırılmış soraq kimiyəm,
Titrəyən, uçunan çıraq kimiyəm,
Hardasan?
Ümid bağlayıram hər gələn ilə,
Bacara bilmirəm ürəyim ilə.
Məni intizardan üzürsən hələ,
Hardasan?
Bu günün içindən dünənə döndüm,
Çiçəyi saralmış çəmənə döndüm,
Təbrizi dolaşdım, Yəmənə döndüm,
Hardasan?
Günəşi gülməyən səhər kimiyəm,
İndi könül dağı, ürək qəmiyəm,
Ruhu dağ-dağ olan can sitəmiyəm,
Hardasan?..
Bütün hüquqlar qorunur © 2023