Yunanıstan Midilli və Rodos adalarında hərbi təlimlər keçirib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, silahsızlandırılmış statusda olan hər iki adada təlimlər 2 gün davam edib. Midillidə keçirilən təlimdə “Kiova”, “Apaçi” hücum helikopterləri, tank və artilleriya bölmələri iştirak edib. Bundan əlavə, ABŞ-ın hədiyyə etdiyi 1200 ədəd M1117 zirehli texnikanın bir qismi təlimdə yer alıb. Rodosda keçirilən təlimdə isə “RM 70” reaktiv yaylım atəşi sistemindən istifadə edilib.
Bütün hüquqlar qorunur © 2023