Təqvim
AzTU və Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında elm və təhsil sahələrində əməkdaşlıq müqaviləsi imzalanıb (+FOTOLAR)
11 iyul 2019 - 12:46

İyulun 9-da Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudovun rəhbərliyi ilə universitetin bir qrup professor-tələbə heyəti Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olub.

Polis Akademiyası ilə yaxından  tanış olduqdan sonra AzTU-nun nümayəndə heyəti akademiyanın müəllim və tələbə heyəti ilə birlikdə Polis Akademiyasının fəaliyyətini əks etdirən videofilmi izləyiblər.

Sonra AzTU və Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında elm və təhsil sahələrində əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimində Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev AzTU-nun nümayəndə heyətini salamlayıb və Polis Akademiyasının fəaliyyəti haqqında geniş məlumat verib.  Polis general-mayoru  Nazim Əliyev informasiya texnologiyalarının inkişafının ölkənin bütün sahələrinə müsbət və mənfi təsirindən danışıb. Bu məqsədlə də akademiyada yeni “İnformasiya təhlükəsizliyi” fakültəsinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, bu fakültənin tədris proqramı AzTU və akademiyanın peşəkar mütəxəssisləri tərəfindən birgə hazırlanıb.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxışında Polis Akademiyası ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib və informasiya təhlükəsizliyi ilə əlaqəli hər iki təhsil müəssisəsi arasında əməkdaşlığın zəruri olduğunu vurğulayıb.

İmzalanma mərasimindən sonra Polis Akademiyasının təşkil etdiyi “Müasir cəmiyyətdə informasiya təhlükəsizliyinin aktual problemləri” mövzusunda konfrans keçirilib.

Konfransda polis general-mayoru Nazim Əliyev, AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov, AzTU-nun Strateji inkişaf üzrə prorektoru, professor Elton Məmmədov çıxışlarında konfransın əhəmiyyətindən, mövzunun aktuallığından və hər iki təhsil ocağı arasında bağlanmış müqavilənin zəruriliyindən  danışıblar.

Çıxış edənlər təhlükəsizlik tələblərinə cavab verməyən proqram təminatları, informasiya təhlükəsizliyinin qanunvericilik bazasının formalaşması, kibercinayətkarlıqda sosial mühəndislik, texnologiyaların sürətlə modernləşməsi, vebserverlərə hücum metodlarının analizi və informasiya cəmiyyətinin formalaşması mövzularında mühazirələr oxuyublar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə