Təqvim
BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi (+FOTOLAR)
06 iyul 2019 - 13:38

Bakı Dövlət Universitetinin bir qrup tələbəsinə BDU və Almaniyanın Vürsburq Universitetinin ikili diplomlarının verilməsi münasibətilə tədbir keçirilib. 

Rektor Elçin Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri qeyd edərək Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib. Eyni zamanda “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışan rektor Almaniyanın Vürsburq Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış sazişə əsasən “Avropa hüququ” magistratura ixtisaslaşması üzrə həyata keçirilən ikili diplom proqramının əhəmiyyətindən söz açıb.

2012-ci ildən etibarən reallaşdırılan birgə kadr hazırlığını yüksək qiymətləndirən rektor indiyədək 50 məzuna Vürsburq Universitetinin diplomlarının təqdim edildiyini, tədrisin ingilis və alman dillərində aparıldığını bildirib. Rektor Vürsburq Universitetinin bu məqsədlə Bakıda intensiv alman dili kusları təşkil etdiyini və tələbələrin Almaniyada təcrübə keçdiklərini də diqqətə çatdırıb. 
Bakı Dövlət Universitetinin, eyni zamanda, Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi istiqamətində kadr hazırlığına toxunan rektor, bu günlərdə Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” sahəsində ikili dplom proqramının reallaşacağını, gələcəkdə ikili diplom proqramlarının bütün ixtisasları əhatə edəcəyinə əminliyini ifadə edib. 

Vürsburq Universitetinin Hüquq fakültəsinin dekanı, professor Ekard Paxen proqramın məzunların karyera inkişafında böyük addım olduğunu bildirib. E.Paxen ikili diplom proqramının gələcəkdə hüquqla yanaşı digər sahələrdə də tətbiq ediləcəyi istiqamətində işlərin aparıldığını, əməkdaşlığın birgə tədqiqatlar, konfranslar, eləcə də elmə aid müxtəlif layihələri əhatə edəcəyinə inandığını vurğulayıb. 
BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın reallaşmasında xidməti olan professor-müəllim heytinə təşəkkür edərək bu istiqamətdəki planlardan bəhs edib. 
Tədbir 15 məzuna diplomların təqdim edilməsi ilə başa çatıb. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə