Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində işğalçılrın cəmləşdiyi ərazilərə 3 zərbə endirib. Bu barədə Ukrayna Baş Qərargahından bildirilib. Məlumatda o da qeyd olunub ki, ötən gün düşmənin Su-25 və Su-24 təyyarələri məhv edilib. "Düşmən itki verməkdə davam edir. Rusiya işğalçı qüvvələrinin bölmələrindən biri Luqansk vilayətinin Svatovo şəhərində məğlubiyyəti təsdiqlənib. İlkin məlumata görə, düşmənin itkiləri 20-yə qədər hərbçi təşkil edir. 30-dan çoxu isə yaralanıb”, - deyə məlumatda deyilir.
Bütün hüquqlar qorunur © 2023