Təqvim
“Zəfərə gedən yol” – Masallıda tədbir
03 aprel 2024 - 19:12

“Zəfərə gedən yol” – Masallıda tədbir

 

Masallı Rayon İcra Hakimiyyəti, Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin səkkizinci ildönümünə həsr edilmiş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva 2016-cı ilin Aprel döyüşləri zamanı rəşadətli ordumuz, qəhrəman əsgər və zabitlərimiz tərəfindən təcavüzkarlara endirilən ağır zərbədən, eləcə də qısa müddət ərzində qazandığımız qələbədən ətraflı danışıb.
Masallı RİHB-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Nurlan Muradov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova Aprel döyüşlərini Yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, bu dördgünlük müharibəni böyük zəfərin başlanğıcı, Vətən müharibəsində qazanılmış qələbənin ilk qığılcımları olduğunu, Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın sonradan Şuşada, Xankəndidə və işğaldan azad edilən digər ərazilərimizdə də dalğalandığını qürur hissi ilə qeyd ediblər.
 “Qarabağ” və 3-cü dərəcəli “Rəşadət” ordenli Nazim Cəfərzadə, ehtiyatda olan mayor, Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbinin hərbi rəhbəri Bəhruz Mehbaliyev cəbhə xatirələrindən, igid eloğlularımızın döyüşlərdə göstərdiyi şücaətdən və ordumuzun cəbhədəki uğurlarından söz açıblar.
Xalqımızın mübarizə əzmindən danışan natiqlər əldə olunan uğurları dövlət-xalq birliyinin təzahürü kimi xarakterizə ediblər. Diqqətə çatdırlıb ki, Aprel və Tovuz döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. 
Aprel döyüşləri şəhidi Firdovsi Bağırzadənin anası Sehranə İbrahimova, şəhid Aqil Məlikovun atası Qismət Məlikov qəhrəman oğulları ilə bağlı xatirələrini bölüşüb, öz övladları ilə qürur duyduqlarını dilə gətiriblər. 
Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda kollec tələbələrinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Dayısı – şəhid Firdovsi Bağırzadənin adını daşıyan 6 yaşlı Firdovsinin səsləndirdiyi şeir tədbir iştirakçılarına kövrək anlar yaşadıb. 
 
Akif AĞAYEV


 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə